Azərbaycanın «Eurovision 2012» mahnısı təqdim ediləcək

Səbinə Babayeva

Martın 17-də Azərbaycanın «Eurovision» Mahnı Müsabiqəsinin təmsilçisi Səbinə Babayevanın mahnısı təqdim olunacaq.
Eurovision.az saytı xəbər verir ki, həmin gün Azərbaycan təmsilçisinin rəsmi internet saytı da istifadəyə veriləcək.
Azərbaycanın «Eurovision 2012 » mahnısının rəsmi videosu isə martın 19-da nümayiş olunacaq.
2008-ci ildən Milli Seçim turlarında ardıcıl iştirak edən Səbinə Babayeva fevralın 12-də keçirilən Milli Final konsertində Azərbaycanın builki «Eurovision» Mahnı Müsabiqəsində təmsilçisi seçilib.