Şahbaz Xuduoğlu
KİTABI ÖZÜNƏ DOST SEÇƏNLƏR
“BookClub”ın bir yaşına
İlk kitab müzakirəsinə başlamağın həyəcanı hələ də qalıb, “Travels kafe”də oturub, saat 12-də başlayan kitab müzakirəsinin formatını götür-qoy edirdim, “hə deyəsən artıq nəsə tapmışdım”.
Nigar xanıma zəng etdim, “BookClub”ın ilk toplantısı ilə bağı ağlımıza gələn variantları müzakirə etdik.
BookClub – “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Azercell”lə birgə həyata keçirdikləri layihə idi. “Əli və Nino” özünün Facebook səhifəsində BC-ın yaranmasını yazdıqdan sonra kitab oxumağı hobbi hesab edənlər bu ideyaya qoşuldular. Beləliklə, 120 nəfər üç qrupa bölünərək 6 ay ərzində hər həftənin bazar günü bir kitabı müzakirə etdik.
Layihə 6 aydan sonra bitdi, amma, BC kitab müzakirələrini dayandırmadı, əksinə müstəqil qurum kimi özünün varlığını FB-da şəbəkə yaratmaqla bəyan etdi.
Müzakirələr yerli müəlliflərin əsərlərindən başlanmışdı. Məqsəd öz ədəbiyyatımızı tanıtmaq idi. Əvvəlcə, Milli Kitab Mükafatında qısa siyahıya düşən, sonra “Ən yeni ədəbiyyat” və “Birinci kitab” seriyalarında nəşr olunan kitablar müzakirə edildi.
İndi isə BC yalnız yerli deyil, xarici ədəbiyyatı da müzakirə edir və hər müzakirədən sonra növbəti müzakirə üçün kitab seçilir.
Əvvəlcə ürkək baxışlarla bir-birini tanımağa çalışan, danışmağa ürək olsa da, amma sözü quraşdırıb deyə bilməyən gənclərin indiki müzakirələri bəzən çox amansız olur, hər özündən deyən yazıçı bu gənclərin tənqidlərinə duruş gətirə bilmir.
Yay günlərinin istisini kürəklərində dadanlar çimərliklərə axışdıqları vaxt, biz “Əli və Nino” kitab kafesində kitabların qaynar müzakirələrini aparırdıq. Müzakirələrə qatıla bilməyənlər kitablar haqqında resenziyalar yazıb Facebook-da paylaşırdılar.
İndi onlar yalnız danışmırlar, həm də yazırlar: oxuduqları kitablar haqqında danışmaqla söz bitməyəndə. Əsas odur ki paylaşırlar - kitabları, kitablardakı fikirləri, üstəlik öz mövqelərini. Maarifçi cəmiyyət üçün çağırışlar edirlər. hər yerdə, hər fürsətdə Kitabın təbliğatını aparırlar. Park Bulvarda “ƏDV-yə YOX DEYƏK, KİTABA DƏSTƏK VERƏK!” çağırışıyla Flash mob etdilər. Daha bir fədakarlıq nümunəsi hələ də davam edir, NOVRUZ BAYRAMInda onlar bayramın ləzzətini kitab dükanlarında kitab satmaqla çıxardılar.
Əgər metroda, yaxud digər ictimai nəqliyyatda, küçədə nümayişkaranə formada kitab oxuyan görsəniz bilin ki, o, bizim BookClub-çıdır. Əgər qəfil qapınız döyülsə, sizə kitab hədiyyəsi gətirsələr, bilin ki onlar bizik. Əgər unudulmuş bir kənd kitabxanasına yeni kitablar gələrsə, bilin ki, onlar da BookClub-çılardandır.
Dünən BC-çılar elan olunduqları günü qeyd etdilər. Düzdür, onlar 120 nəfər deyil, azdırlar, amma Azərbaycan gəncliyinin say-seçmələridir. Ən müxtəlif sahələrdə çalışmalarına, təhsil almalarına baxmayaraq kitab kimi ortaq dəyərlərə sahibdirlər.
Əmin ola bilərsiniz, gələcək yazıçımız, kitabçımız, siyasətçimiz, sənətçimiz, layiqli vətəndaşımız məhz bu çevrədən çıxacaq. Kitabı özünə dost seçənlərin çevrəsindən.
Yaşınız və yaşımız mübarək olsun!