“New York Times”a istinadla oxuzali.az
Amerikan alimləri elektron cihazların batareyalarını naqilsiz doldurmağın yolunu tapıblar.
Təsəvvür edin ki, telefonu, yaxud notebook-u toka taxmırsız, eləcə portfelinizdə qalır, yaxud jurnal stolunun üstünə qoyursuz, o isə orada özü üçün “zaryadka” yığır.
ABŞ-dakı “WiTricity” Korporasiyası adi telefon, smartfon, notebook, hətta tozsoranlara yerləşdirilmək üçün xüsusi maqnit mexanizmi düzəldib.
Yeni texnologiya “WiTricity” adlanır, yəni “wireless electricity” (naqilsiz elektrik cərəyanı)
Şirkətin icraçı direktoru Eric Giler deyir ki, yeni texnologiya birbaşa müştərilərə satılmayacaq.
Onlar, texnologiyalarından istifadə üçün elektron cihazlar istehsal edən şirkətlərlə müqavilələr bağlayacaqlar.
Maqnitlə tok çəkən belə telefon və notebook-lar artıq bu il bazarlara çıxarıla bilər.
“WiTricity” Korporasiyası hətta elektrik enerjisi ilə işləyən avtomobillərin və ürək stimulyatorlarının da (orqanizmin daxilinə yerləşdirilən, elektrodlar vasitəsilə ürək əzələlərini işlədib onun döyünməsini təmin edən cihaz) beləcə məsafədən doldurulması texnologiyası üzərində çalışır.
İndiki texnologiya tokun metr yarıma qədər məsafədən çəkilməsinə imkan verir.
Maqnitli mexanizmin biri divardakı elektrik qovşağına yerləşdirilmiş vəziyyətdə olur. Digər maqnitli mexanizm isə elektrik cihazının içində olur.
Onlar eyni tezlikdə fəaliyyət göstərir.
İki maqnit mexanizmi arasında yaranan sahə elektrik cərəyanının naqilsiz ötürülməsini təmin edir.
Bu, elektrik cihazının cərəyan mənbəyinə tuşlanmasını da tələb etmir.
WiTricity texnologiyasını 2007-ci ildə Massachusetts İnstitutunun fizika professoru Marin Soljacic öz həmkarları ilə birgə kəşf edib.
Soljacic bu kəşfinə görə 500 min dollarlıq MacArthur mükafatına layiq görülüb.