Sabirabad sakinləri korrupsiyaya etiraz piketi keçirdilər

Arxiv foto: 2010-cu ili9n daşqınıdna zərər çəkən evlərdən biri.


Daşqından zərərçəkən Sabirabad rayonu Minbaşı kəndinin sakinləri
kompensasiyaların verilməməsinə etiraz olaraq aprelin 3-də Şirvan-Sabirabad yolunu bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılsa da sakinlər aksiyanı kənd icra nümayəndəliyi qarşısında davam etdiriblər.

Aksiya iştirakçılarının AzadlıqRadiosuna verdiyi məlumata görə, onların etirazı Kür daşqınlarından zərərçəkən ailələrə verilməli olan kompensasiyanın mənimsənilməsidir. Sakinlər iddia edirlər ki, ayrılan pulları Minbaşı kənd icra nümayəndəliyi mənimsəyib.

Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Ümid Həsənov baş verənlərdən xəbərdar olduqlarını deyib:

“Kənd sakinlərinə müraciət olunub ki, onlar yardımların mənimsənilməsi ilə bağlı icra hakimiyyətinə rəsmi müraciət etsinlər. Biz də həmin müraciəti araşdırma aparılması üçün prokuroluğa göndərəcəyik. Qoy, gəlib araşdırsınlar”.

Narazı sakinlər aksiyanı aprelin 4-də yerindən davam etdirəcəklərini bildirirlər.