Azad Söz İnqilabçıları (ASİ) Klubu həbsdə olan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının müdafiəsi məqsədilə «Əvəz Zeynallı ongünlüyü» elan edir.
Bu barədə aprelin 11-də keçirdiyi mətbuat konfransında klubun rəhbəri Anar Mahmudoğlu bildirib.
Aprelin 15-dən 25-dək keçirilən ongünlüklə əlaqədar klub Azərbaycanın tanınmış yazarları, media nümayəndələrinə çağırış edib.
Anar Mahmudoğlu deyib ki, «Əvəz Zeynallı ongünlüyü»nün sonunda Əvəz Zeynallı ilə bağlı yazılar kitab şəklində nəşr olunacaq.
Əvəz Zeynallının istintaqı bitib və məhkəmə başlayır. Aksiya da buna hesablanıb.
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ötən ilin oktyabrında həbs olnub. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.
İttiham təsdiqlənərsə, onu 1 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.