«Mən hər dəfə, hər bir yerə, hər bir rayona icra başçısı təyin edəndə tapşırıram ki, təmiz işləməlisən, insanlarla bir yerdə olmalısan, insanların qayğıları ilə yaşamalısan».
Bu fikirləri prezident İlham Əliyev Ağstafada ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.
Bölgələrdə layihələrin bir çoxunu dövlət qurumlarının həyata keçirdiyini bildirən prezidentə görə, yerli icra orqanları da öz imkanlarından istifadə etməlidirlər:
«Harada ki, seçim düzgündür, orada işlər daha yaxşı gedir. Harada ki, bu seçimdə səhvə yol verilib, orada işlər o qədər də yaxşı getmir, yaxud da ki, pis gedir. 8 ildən artıqdır ki, prezidentəm. Bu illər ərzində elə yerlər var ki, orada icra başçısı bir neçə dəfə dəyişilib. Etimadı doğrultmaq lazımdır. Harada ki, icra başçısı bunu doğruldur o, mənim tərəfimdən qiymətləndirilir, dəstəklənir. Harada ki, özünü doğrultmur, əlbəttə ki, orada biz tədbirlər görürük. Mənim bölgələrə səfərlərimin səbəblərindən biri də məhz bundan ibarətdir ki, gedim öz gözümlə görüm. Özüm görüm ki, insanların əhval-ruhiyyəsi necədir?!».
Prezident deyib ki, gərgin iş qrafiki olmasına baxmayaraq, onun bölgələrə səfərləri həm özü, həm də orda yaşayan insanlar üçün çox əhəmiyyətlidir. İlham Əliyevə görə, bu, həm də dövlət məmurlarını daim səfərbər vəziyyətdə saxlayır.
Məlumatı AzərTAc yayıb.