Həftəsonu Bəhreyndə Formula-1 yarışlarının növbəti mərhələsi keçiriləcək.
Müxalifət fəalları isə yarışa görə ölkənin beynəlxalq medianın diqqət mərkəzində olmasından istifadə edib etirazlarını sıxlaşdırıblar.
Ötən ildən keçirilən hökumət əleyhinə etirazlar zor gücünə yatırılmış, yüzə yaxın adam öldürülmüş, hətta qonşu ölkələrin də təhlükəsizlik qüvvələri bu əməliyyatlarda iştirak etmişdi. Etirazçılar siyasi islahatlar, insan haqları sahəsində daha çox azadlıqlar verilməsini istəyirdilər.
Aprelin 20-si yüzlərlə etirazçı paytaxt Manamada yürüş keçirmək istəyərkən xüsusi təyinatlı polis qüvvələri tərəfindən dağıdılıb. Onlara qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edilib. Həbs edilənlər var. Müxalifət fəalları deyirlər ki, Formula-1 yarışlarından öncə etirazların baş verməməsi üçün, hökumət gecələr reydlər keçirir və artıq 95 nəfəri tutub, ötən həftəki toqquşmalarda 54 nəfər yaralanıb.
Bəhreynin insan haqları fəalı Nabeel Rajab deyib ki, onlar Formula-1`ə qarşı deyillər, əksinə bu yarışı sevirlər. “Sadəcə bu cür yarışlarla diktatorların mükafatlandırılmasına qarşıdırlar. Çünki diktatorlar bu tədbirlərdən öz məqsədləri üçün, PR kimi istifadə edirlər.
Son məlumatlara görə, hökumət qüvvələri artıq bir həftəyə yazındır ki, şiə etirazçıların yaşadığı əraziləri mühasirəyə alıb, yarışlar bitənə qədər onların beynəlxalq medianın olduğu yerlərə getməsinin qarşısını almağa çalışır. Bəhreyn hökuməti etirazçıları Formula-1 yarışını pozmaq istəyən vandallar adlandırır.
Ötən il ölkəni bürüyən etirazlar üzündən Formula-1`in Bəhreyn Grand Prixi yarışların siyahısından çıxarılmışdı.