Şahbaz Xuduoğlu
QƏHRƏMANLARINI ÖLDÜRƏN TOPLUM
Dünyada Steve Jobs kimi ikinci bir insan olmayacaq,
amma Steve də Elmar, Ziya, Rafiq, Eyvaz deyil.
Steve Jobs
öləndən sonra İpad aldım, yanımda olan sual verdi, Steve ölməsəydi, onu alardın?
Əlbəttə, almazdım. O qlamur alma hər yerdə məni özündən itələyirdi.
Steve Jobs öldü, bununla sanki Apple’ə yeni nəfəs gəldi.
Hələ də Apple ailəsinə daxil olan İphone, İpad, İpod satış üzrə reytinqləri dağıdır.
Steve Jobs`un həyatından bəhs edən onlarla kitab çıxıb. Hansı ölkədə kitab dükanına getsən, (bizdən başqa) ön sıralarda üzərində Steve`in fotosu olan kitablar düzülüb. Onun haqqında yazılan kitab ötən ilin ən çox satılan kitabı oldu.
Kimisi onun həyatını yazdı, kimisi müsahibələrini, deyimlərin toplayıb kitab nəşr etdi. Və bu kitablar milyon nüsxələrlə satıldı.
Elmar
sağ olanda “Monitor” jurnalı 5 min tirajla satılırdı. Halbuki rəsmi yayım şəbəkələri jurnalı yaymaqdan imtina etmişdi və bu rəqəm yalnız əl yayımına aid idi. Nəzərə alsaq ki, əl yayımı ümumi yayım şəbəkəsinin yalnız 15-20 faizini təşkil edir, demək, “Monitor” 15 min tirajla yayıla bilərdi.
Elmar qətlə yetiriləndən sonra “Monitor”un kollektivi onun üç gününə xüsusi buraxılış hazırladı, o ümidlə ki, satılar, ailəsinə bir az dəstək olar. Amma yalnız az bir qismi satıldı.
Yaxud: Elmarın yazılarını toplayıb ikihissəli kitab nəşr etdik, hər biri 1000 tirajla,
kitabların çox hissəsini Elmarla bağlı tədbirlərdə pulsuz payladıq, kitab dükanlarının iradından sonra az bir qismini satışa verdik, hələ də bitməyib.
Ziya Bünyadov
öldürüldü. Azərbaycan tarixindən bəhs edən sanballı monoqrafiyaların, kitabların müəllifi idi. Məntiqlə insanlarımız Ziya Bünyadova olan sevgisini, yaxud qətl faktının özünə etirazı onun kitablarını əldə etməklə bildirməliydi. Amma əksinə oldu, satılmır deyə kitabları dükanların ön rəflərindən yığışdırıldı. İndi onun qətlinin səbəbləri ilə bağlı netdə gedən yazılara daha az baxılır, nəinki yol qəza hadisələrinə.
Rafiq Tağının
qətlindən sonra onu sevən gənc yazarlardan bəziləri “Rafiqin yazılarını toplayıb kitab kimi nəşr etsəydik ailəsinə də dəstək olardı” kimi təkliflə çıxış etdilər. Məqsəd xeyirxah idi, amma bu təkliflərə müsbət cavab verə bilmədim, acı təcrübəm var idi, neçə deyərlər, ağzım yanmışdı.
Rafiq Tağı MKM finalçılarından biri olduğundan onun hekayələr kitabı 500 tirajla nəşr edilmişdi. Bakıda olan bütün kitab dükanlarına satışa çıxarılmışdı. Rafiq Tağıya qəsd oldu, xəstəxanaya götürdülər, sonra müəmmalı şəkildə dünyasını dəyişdi, amma bütün bu hadisələr onun satılmayan kitablarına heç təsiri olmadı.
Eyvaz Əlləzoğlu
MKM-in digər bir finalçısı, rəhmətə getdi, növbəti gün həyat yoldaşı intihar etdi. Yeniyetmə yaşında olan üç övladının durumunu özünüz təsəvvür edin.
ParkİNN də MKM növbəti qalibi elan edəndə, Eyvaz Əlləzoğlunu yad edən çarx təqdim
etdi. Eyni zamanda, Azərbaycan ziyalısının qaymağını təşkil edən 150 nəfərdən çox iştirakçıya elan olundu ki, foyedə Eyvazın kitabı satışa qoyulub, imkanı olan alsın, toplanan pul ailəsinə veriləcək. Sonda bəlli oldu ki, toplantıda 15 kitab satılıb. Eyvaz Əlləzoğlunu 500 sayda nəşr olunan kitabı hələ bu gündə kitab rəflərinin sadiq qonağıdır.
Görəsən, niyə bizim toplum, qətlə yetirilən yazarların kitabını almır? Bu, nəyin göstəricisidir, biganəliyin, ya qorxaqlığın? Bəs sağ qalan yazarlar nə düşünməlidir, cəmiyyətə, topluma necə arxalansın.
Çox zaman müstəqil yazarın, müstəqil mətbuatın olmadığından şikayət edirik, razıyam, hakimiyyət sevmir, müstəqilliklə başlayan peşələri; müstəqil mətbuatı, müstəqil yazarı, müstəqil naşiri, müstəqil biznesi, hətta müstəqil müğənnini də. Heç olmasa sözünə, yazısına görə qətlə yetirilmiş adamın sözünü (kitabını) cəmiyyət alarsa, o zaman sağ qalanlar nəyin uğrunda mübarizə apardıqlarının fərqində olarlar.
Görürsüz necə paradoksal bir cəmiyyətimiz var? Əvvəllər toplum uğrunda ölən insanlar qəhrəman olurdular. Amma indi toplum özü qəhrəmanın ölümündə öz xilasını görür.