Həbsxana rəhbərliyi islam icmasının müraciətini nəzərə alıb
ABŞ-ın Missouri ştatında həbsxana müdiri məhbusların hicab taxmasına icazə verib. Amerika İslam Əlaqələri Şurası (CAİR) bu qərara görə həbsxana rəhbərliyinə təşəkkür edib.
CNBC kanalının yaydığı məlumata görə, məhbus müsəlman qadının başını bağlaması xahişi ilə CAİR St. Louisdəki həbsxana rəhbərliyinə rəsmi müraciət etmişdi. Burada cərimələri vaxtında ödəmədiyinə görə həbs olunan müsəlman qadının hicabını açdırmışdılar.
Müraciətə cavab olaraq St.Louis vilayətinin ədliyyə idarəsinin direktoru Herb Bernsen qaydalara yenidən baxmağa və məhbusların dini baxışlarına xələl gətirməyəcək qərarlar verməyə söz vermişdi. Bundan sonra həbsxana rəhbərliyi məhbus xanımın başını bağlamasına icazə verib.
Herb Bernsen həmçinin bidlirib ki, hicabını açmaq məcburiyyətində qalan müsəlman xanıma idarə adından üzrxahlıq məktubu göndəriləcək. Həbsxana rəhbərliyi məhkəməyə getməyən bu xanıma anlayışlı hərəkətinə görə təşəkkürünü bildirib.
Amerikada bundan əvvəl də bənzər hadisə baş vermişdi. 2006-cı ildə Kaliforniyada Orange vilayətinin həbsxanasında Souhari Khatib nəzarətçilərin təzyiqi ilə başını açmışdı. Sonradan bu xanım məhkəməyə müraciət edərək, dini etiqad azadlığının pozulduğunu iddia edib. 2011-ci ildə ABŞ Ali Məhkəməsi onun iddiasını təmin edib.
Qeyri-rəsmi məlumatlara görə, ABŞ-da 8 milyona qədər müsəlman yaşayır.