«Azərbaycanın İsrail siyasəti səmimi siyasət deyil».
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Ərəstun Oruclu Azərbaycan-İsrail münasibətlərini şərh edərkən deyib:
«Bu ölkə ilə diplomatik münasibətlər zəruri çərçivədə deyil. İsraildə Azərbaycan səfirliyi fəaliyyət göstərmir. Deyirlər ki, səfirliyin açılmamasının səbəbi İranın reaksiyasıdır. Azərbaycan İsraillə 4 milyard dollarlıq ticari dövriyyəyə malikdirsə, strateji əməkdaşlıq həyata keçirirsə, niyə səfirlik açılmır? İranın buna nə dəxli var?».
Politoloq iddia edir ki, İsrail və yəhudi diasporuna münasibətdə rəsmi Bakı daha çox iqtisadi maraqlara üstünlük verir. Dünyada nüfuzlu yəhudi iqtisadi çevrələri var və onların iqtisadi rolu rəsmi Bakını daha çox maraqlandırır.
Azərbaycanda İsrail vətəndaşlarına və diplomatlarına qarşı terror ittihamı ilə edilən həbslərə toxunan Ə.Oruclu bildirir ki, əsaslılığı şübhə doğuran bu həbslər ilk növbədə Azərbaycan-İsrail münasibətlərinə ziyandır:
«İnsanların həbs olunması artıq kütləvi hal alıb və zənnimcə, burda maraqlı olmayan dövlət elə İsraildir. Azərbaycanda məhkəmə və təhlükəsizlik orqanlarına
inam olmadığından məqsədli şəkildə belə bir fikir ortaya atılır ki, bu həbslərin arxasında İsrail dayanır. Məqsəd İranı terrorçu dövlət kimi təqdim etməkdir».
İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Arye Gut isə deyir ki, tam məlumatlı olmasa da, bu məsələnin şişirdilməsinin əleyhinədir:
«İnanmıram ki, MTN hansısa əsas olmadan insanları həbs etsin. İran bu gün və keçmişdə dünyanın müxtəlif ölkələrində İsrailə qarşı terror aktları həyata keçirib».
Arye Gut İsraillə Azərbaycan arasındakı münasibətlərin daha ciddi təməl üzərində qurulduğunu deyir. «Azərbaycan Avropadan, Amerikadan ala bilməyəcəyi silahları İsraildən alır», - deyə o, qeyd edib.
Müzakirəni tam olaraq buradan dinləyin: