Zaqatalada ötən gün baş verən 7 ballıq zəlzələ nəticəsində yüzlərlə adam evini tərk edib.
Kəndlərdəki tikililərin çoxu qəzalı vəziyyətə düşüb. Qəzalı evlərin sayı 500-dən çoxdur.
Qəzalı evlər əsasən Muxax, Bazar, Zəyəm, Qımır, Gözbarax və başqa kəndlərdə qeydə alınıb.
Zaqatala rayon fövqəladə hallar komissiyasının məlumatına görə, qəzalı məktəblərdə dərslər dayandırılıb. Təhlükəsizlik məqsədi ilə rayona təbii qaz verilmir. Bəzi kəndlərdə elektrik enerjisi yoxdur.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin xilasetmə qüvvələri zəlzələ bölgəsində işləyir. Mayın 8-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yerli icra nümayəndələri ilə birgə zəlzələ bölgəsinə təkrar baxış keçirib. Hazırda mütəxəssislərdən ibarət qruplar yerlərdə vəziyyəti öyrənir.
FHN-ın məlumatında bildirilir ki, yaranmış vəziyyətin nəticələrinin qısa müddətə aradan qaldırılması məqsədi ilə bölgəyə tikinti şirkətləri cəlb edilib. Tikililərin vəziyyəti qiymətləndirildikcə, yaxın günlərdə yeni evlərin tikintisinə və bərpa işlərinə başlanacaq.
Hazırda Zaqatalada ehtiyacı olanlar üçün 500-ə yaxın çadır qurulub. Daha 1000 çadırın qurulması da nəzərdə tutulur.
Zaqatala, Balakən və Qax rayonlarında Fövqəladə Hallar Nazirliyinin operativ qərargahları yaradılıb.
Zaqatalada birinci zəlzələ mayın 7-də Bakı vaxtı ilə saat 09.40-da baş verib. Bundan sonra gün ərzində 6, 5 və 4 bal gücündə bir neçə təkan da hiss olunub.