Mayın 22-də İranın Azərbaycandakı səfirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, «dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Məhəmmədbağır Bəhrami lazımi məsləhətləşmələrin aparılması üçün mayın 21-də Bakıdan Tehrana yola düşüb».
Milli Məclisin mayın 22-də keçirilən iclasında son günlər İran-Azərbaycan münasibətlərində baş verənlər müzakirə olunub.
Deputat Qənirə Paşayeva bildirib ki, İran tərəfi Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir: «İranda «Eurovision» mahnı müsabiqəsinin İslam dini əleyhinə olmasını deyənlər Şuşanın ermənilər tərəfindən işğal olunmasının 20 illiyi ilə bağlı heç reaksiya bildirmədilər. Din pərdəsi arxasında bəyanat verənlər Şuşada müsəlmanların qətlə yetirilməsi, islam mədəniyyətinin məhv edilməsi haqda heç bir bəyanat vermədilər. Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur».
Mayın 11-i bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirilib. «İrana ar olsun», «İslam belə olmur», «İran Azərbaycana terrorçu, narkotik və ekstremist göndərir», «İranda 35 milyon azərbaycanlının hüquqları pozulur» və sair şüarlar səsləndiriblər. Onlar əllərində «Şuşanı ermənilərə İran hakimiyyəti satıb», «Homoseksual İran mollarına Azərbaycanda yer yoxdur» kimi şüarlar yazılmış, eləcə də Əli Xamneyi, Mahmud Əhmədinejat və Serj Sarkisyanın birgə şəkli olan plakatlar tutublar.
Gənclərdən sonra mayın 16-da və 17-də də aksiya keçirilib.
Bu aksiyalardan sonra İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq, aksiyaların «sifarişli»olduğunu deyib.