"Qovun onu bu şəhərdən" hekayəsi "“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin iyirmiliyinə, sonra isə onluğuna keçmiş Alik Əlioğlu ilə müsahibə
Alik Gürcüstanda doğulub. İxtisasca jurnalistdir.
Əsasən şeirlər yazır, deyir ki, nəsrə son zamanlar meyl göstərməyə başlayıb. Və əslində, “Ədəbi Azadlıq” müsabiqəsinə hekayə göndərməyi də öz nəsr potensialını sınamaq məqsədi daşıyıb.
O həm də Xəzər Universitetinin İnternet radiosunun yaradıcısıdır.
- Gəl elə söhbətimizə bu radiodan başlayaq. Nə ilə məşğulsunuz orda? Efirdə ədəbi verilişlərin payı nə qədərdir?
- Bizim radionun digər radiolardan fərqi ondadır ki, işçi qüvvəsi yalnız tələbələrdən ibarətdir. Yəni bütün işlər – aparıcılıq, texniki məsələlər Xəzər Universitetinin tələbələrinin hesabına araya-ərsəyə gəlir.
Radionu universitet maliyyələşdirir, tələbələr əmək haqqı ilə yox, könüllü şəkildə bu işlə məşğul olurlar. Əsasən, jurnalistika fakültəsinin tələbələrindən ibarət kontingent çalışır. Yeni yarananda daha çox musiqilərə üstünlük verirdik. Yəni muğamın, aşıq musiqisinin təbliğini qarşımıza məqsəd qoymuşduq.
Sonradan ədəbi verilişlər yaratdıq. Qonaq kimi əsasən gənc yazarları dəvət edirik. Məsələn, Zərdüşt Şəfi, Aysel Əlizadə, Qismət, Nərmin Hüseynzadə, Günel Mövlud və b. radioda çıxış ediblər.
Son vaxtlar işimizdə bir qədər durğunluq yaranıb. Çünki əsas işçi heyəti 4-cü kurs tələbələrindən ibarət idi, onlar universiteti bitirdikdən sonra iş tapıb uzaqlaşdılar. Amma yenidən iş başındayıq. Radioda çalışmaq üçün qəbul müsabiqə yolu ilə aparılır. Bu il 70-80 nəfərdən artıq tələbə müraciət edib.
- Tələbələr çağdaş yazarların kitablarını oxuyurlarmı? Yoxsa...
- Bilirsən, tələbələr arasında kitabların reklamını, təbliğatını aparmasaq, vəziyyət heç
vaxt dəyişməyəcək.
İndi hansı yolla olur-olsun, gərək adamların qulağı hər gün “kitab”, “oxumaq”, “ədəbiyyat” sözlərini eşitsin, gözləri kitab şəkli görsün.
Xəzər Universitetində hansı müəllimin çağdaş ədəbiyyatdan xəbəri varsa, tələbələri kitaba həvəsləndirir.
Belə müəllimlərin qrupunda olan tələbələrin əlində İlqar Fəhminin, Səlim Babullaoğlunun, Qismətin kitablarını görmüşəm.
Qismət universitetin müəllimi olduğuna görə tələbələrdə onun “Meqapolis hüznləri” kitabını daha çox görürəm.
- “Kamkura” şeirlər kitabın işıq üzü gördü. Nədənsə üzə çıxa bilmədi, elə bil, öz kitabına qarşı etinasızlıq etdin...
- Düzünü deyim ki, kitab buraxmaq fikrində deyildim. Onsuz da biz bir-birimizi oxuyuruq, kənar oxucuları nə yazdığımız maraqlandırmır.
Açığı, düşünürdüm ki, kitab satılmayandan, öz xərcini çıxarmayandan sonra onu nəyə görə çap edim? Mənim
şeirlərim toy janrında deyil, publika üçün yazılmayıb. Onların konkret oxucuları var, vəssalam. İş elə gətirdi ki, Şahmar Ələkbərzadə adına mükafata layiq görüldüm və Elçin İsgəndərzadə öz hesabına mənim kitabımı çap etdi. Kitabı satışa vermədim.
- Maraqlıdır, həm kitabını satışa verməmisən, həm də oxuculardan gileylənirsən. Sənə elə gəlmir ki, bu vəziyyətin yaranmasına “töhfə” verən adamlardan biri elə sən özünsən?
- Bir şeyin satılmayacağını bilirsənsə, onu bazara çıxarmağın heç bir mənası yoxdur. Kitabı dost-tanışa hədiyyə etdim, yerdə qalanı da evdədir.
- Bir az mütaliən haqqında danışaq...
- Yaşıdlarımdan kiminsə adını çəkməyimi istəyirsənsə, deməyəcəm. Çünki hamısını oxuyuram. Bizdən bir nəsil əvvəlki şairlərdən Səlim Babullaoğlunun, Aqşinin, Günel Mövludun şeirlərini oxuyuram.
- Deyəsən, son vaxtlar az yazırsan. Səbəb nədir?
- Mən heç vaxt qarşıma məqsəd qoymamışam ki, çox yazım. İndi həyat çətindir də, pul qazanmaq, qayğılar adamın başını qatır, vaxtını alır. Amma bu, bəraət yeri deyil. Daha çox bəhanədir. Bəzən dostlarımız yazmağa tənbəllik edirlər, amma mən yazmaq istəyəndə heç vaxt ərinmirəm, həvəslə işə girişirəm, yazını bitirəndə sevinirəm, həzz alıram.
- Ətrafında pulsuzluq, qayğılar üzündən öz potensialını reallaşdıra bilməyən yaşıdların çoxdur?
- Çoxdur, lap çox... Ad çəkmək yaxşı çıxmır, amma onların içində nişanlanmaq üçün pul tapa bilməyən, ehtiyac məngənəsində mənən əzilən adamlar var. Bilirsən Cavid, mən özünü ədəbiyyata fəda edən adamları başa düşə bilmirəm və heç vaxt bunun tərəfində olmamışam. Çünki biz elə bir yerdə yaşayırıq ki, boş ciblə ədəbiyyatın insanı mənən kamilləşdirməsindən danışanda, adamı məsxərəyə qoyurlar. İnsan əvvəlcə öz həyatını qurmalıdır, sonra yazmaq, kitab çıxarmaq-filan kimi işlərlə məşğul olmalıdır.
- “Ədəbi Azadlıq” müsabiqəsindən əvvəl hansısa müsabiqədə iştirak etmisən?
- Düzü, yadımda deyil, bəlkə hansısa müsabiqəyə qatılmışam. Amma yadımda qalmayıbsa deməli, ciddi müsabiqə olmayıb. “Ədəbi Azadlıq” indiyədək qatıldığım ən ciddi müsabiqədir. Bir məsələni demək istəyirəm, bizim yazarlara əslində qabında nə olduğunu göstərəndə çox qəzəblənirlər. Şərhləri oxuyub çox təəssüfləndim. Adamlarda dəhşətli bir hikkə, kin var. Mən elə adamam ki, yanımda pişiyi incidəndə kövrəlirəm. Hekayənin münsifdən bal almaması fəlakət deyil. Mən bir dəfə yazmışdım, indi də deyirəm: kim istəyirsə, öz yerimi verməyə hazıram.
- Hekayələrdən hansıları bəyəndiniz?
- Nahidin, Şəhriyarın, Anar Mahmudovun hekayəsini oxumuşam. Düzünü deyim ki, elə bəyəndiyim yazılar da bunlardır. Ümumilikdə onluq çox dəqiq seçilmişdi. Münsiflərin seçimi ədalətli idi, yerdə qalan hekayələrlə müqayisədə görürəm ki, onluqdakılar çox yaxşı idi.
Alik Gürcüstanda doğulub. İxtisasca jurnalistdir.
Əsasən şeirlər yazır, deyir ki, nəsrə son zamanlar meyl göstərməyə başlayıb. Və əslində, “Ədəbi Azadlıq” müsabiqəsinə hekayə göndərməyi də öz nəsr potensialını sınamaq məqsədi daşıyıb.
O həm də Xəzər Universitetinin İnternet radiosunun yaradıcısıdır.
- Gəl elə söhbətimizə bu radiodan başlayaq. Nə ilə məşğulsunuz orda? Efirdə ədəbi verilişlərin payı nə qədərdir?
- Bizim radionun digər radiolardan fərqi ondadır ki, işçi qüvvəsi yalnız tələbələrdən ibarətdir. Yəni bütün işlər – aparıcılıq, texniki məsələlər Xəzər Universitetinin tələbələrinin hesabına araya-ərsəyə gəlir.
Radionu universitet maliyyələşdirir, tələbələr əmək haqqı ilə yox, könüllü şəkildə bu işlə məşğul olurlar. Əsasən, jurnalistika fakültəsinin tələbələrindən ibarət kontingent çalışır. Yeni yarananda daha çox musiqilərə üstünlük verirdik. Yəni muğamın, aşıq musiqisinin təbliğini qarşımıza məqsəd qoymuşduq.
Sonradan ədəbi verilişlər yaratdıq. Qonaq kimi əsasən gənc yazarları dəvət edirik. Məsələn, Zərdüşt Şəfi, Aysel Əlizadə, Qismət, Nərmin Hüseynzadə, Günel Mövlud və b. radioda çıxış ediblər.
Son vaxtlar işimizdə bir qədər durğunluq yaranıb. Çünki əsas işçi heyəti 4-cü kurs tələbələrindən ibarət idi, onlar universiteti bitirdikdən sonra iş tapıb uzaqlaşdılar. Amma yenidən iş başındayıq. Radioda çalışmaq üçün qəbul müsabiqə yolu ilə aparılır. Bu il 70-80 nəfərdən artıq tələbə müraciət edib.
- Tələbələr çağdaş yazarların kitablarını oxuyurlarmı? Yoxsa...
- Bilirsən, tələbələr arasında kitabların reklamını, təbliğatını aparmasaq, vəziyyət heç
Çünki biz elə bir yerdə yaşayırıq ki, boş ciblə ədəbiyyatın insanı mənən kamilləşdirməsindən danışanda, adamı məsxərəyə qoyurlar".