"Qanun" nəşriyyatında çıxan roman İran Azərbaycanının indiki durumuna güzgüdür – cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunur.
Romanın əsas obrazı olan Seyid uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə milli azadlıq uğrunda döyüşənlərdən biridir.
Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar.
Seyid Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır.
Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır.
Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir.
O, ürəyinin hökmünə qulaq asır.
Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan insanların yanında olmağı qərar verir.
Sayman Aruz “Ən yeni ədəbiyyat” seriyasında kitabı nəşr olunan ikinci İran Azərbaycanı yazarıdı.