Mayın 25-də “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
APA-nın məlumatına görə, rəsmi qəbulda Azərbaycan prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva, ailə üzvləri və digər rəsmilər iştirak ediblər.
Tədbirdə Azərbaycanın dövlət himni səslənib, prezidentin çıxışından sonra
2012-ci il üçün elm sahəsi üzrə Dövlət Mükafatının təltif mərasimi olub.
Qarabağ, Naxçıvan və İrəvan xanlığının tarixilə bağlı silsilə əsərlərə görə tarixçi-alimlər Yaqub Mahmudov, Kərim Şükürov, Tofiq Mustafazadə, Süleyman Məmmədov, Güntəkin Nəcəfli, Nazim Mustafayev, Gövhər Məmmədova, Hacı Həsənov, İsrafil Məmmədov, Vidadi Umudlu, Səidə Hacıyeva, İradə Məmmədova və Nigar Gözəlovaya dövlət mükafatları təqdim edilib.
Bundan sonra isə incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, prezident İlham Əliyev bu gün 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.