Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Əlabbasın "Qaraqovaq çölləri" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.
Cavanşir Yusifli
ƏLABBASIN “QARAQOVAQ ÇÖLLƏRİ”
Əlabbas neçə illərin peşəkarı, bişmiş, təcrübəli yazıçısıdır, özü demişkən “köhnə kişi”dir.
Ancaq, mən bilmirəm, yazıçıya “bişmiş”, “təcrübəli” demək olarmı?
Yəni bu, hardasa qapanmayan bir dairə və çevrədir. Yazıçı həmişə nəyisə “görür” və yazır, görməmiş yazanlar qrafomanlardır.
Əlabbasın romanı, hər şeydən öncə, məsələyə, mətləbə konkret yanaşmadır, onun konkret olaraq müharibəyə, insan və gerçəkliyə, heç zaman düzəlməyən dünyaya baxışının bir parçasıdır; əvvəlcədən düşünüldüyündən romanda çaşdırıcı, yəni texnikanın əleyhinə işləyən heç nə yoxdur.
Klassik roman – proza tipində bu, elə belə də olmalıdır.
Əvvəla, onu deyək ki, romanın, mətnin bütün atmosferi sərt, bir-birini başgicəlləndirici sürətlə əvəz eləyən kəskin olaylar, insanı son həddə düşə biləcəyi fikir və mülahizələrlə doludur.
Qəhrəmanlar məhz belə bir “ifrat” dünyanın insanlarıdır, başqa cür ola da bilməz, çünki günlərin bir günü gözlərini açıb müharibə görüblər, sonra kimlərinsə mənafeyinə işləyən bu “dava-dava oyunu” onların əsəblərini yeyib; bir də, yuxarıda qeyd etdiyimiz kimi, müharibə gedən ölkədə əsəblər tarıma çəkildiyindən heç kəs adi, normal ladda düşünə bilmir.
Əlabbasın bədii mətndə yaratdığı “kontinental iqlim” təsvir edilən yerlərin insanlarının hadisələrə münasibət tipini də bəlləyir – düşmənlə üz-üzə, əsəb-əsəbə dayananda insan beyni, ürəyi ilə deyil, damarlarından sürətlə axan qanla ... düşünər.
Əlabbas yaxşı ki, bu keyfiyyəti romanda dolğun şəkildə çatdıra bilib. Bunun niyə belə olması üstündə, fikrimizcə, çox baş sındırmaq lazım deyildir, əvvəla, ona görə ki, yazıçının yaratdığı reallıq, doğrudan da realdır.
İşğal edilmiş torpaqlarla burun-buruna qalan kəndlərdə vaxtilə mən də olmuşam, müşahidələrimə görə, bu kəndlərdə yaşayan insanlar birbaşa cəbhə xəttində olanlardan daha ağır zərbə alırdılar, onların daimi titrətmə, əsəb içində olması haçansa unudulası bir şey deyildir.
Əlabbas bu kimi incə məqamları panorama şəklində deyil, müəyyən ştrixləri mətn məkanında qaynaq etməklə yaradır, daha doğrusu sən bu hadisələri deyil, onların üzə vurub qarsıdan isti, qaynar havasını hiss edirsən.
Əsər elə bir bucaq altında yazılıb ki, qəhrəmanların taleyi, insanların içindəki müxtəlif xislət və keyfiyyətlərin müharibə şəraitində kəskin şəkildə oyanması, ifrat vətənpərvərlə ifrat şərəfsiz adamların bu qaynar, isti mühitdə (“vətən cəhənnəmində”) üz-üzə gəlməsini Əlabbas doğrudan da gözəl təsvir edib.
Bütövlükdə götürdükdə, bu əsərin adına deyiləcək ən kəskin tənqidləri də nəzərə alsaq, müəllif əsas məqsədinə müəyyən mənada nail olub.
Adətən od-alov çəkildikdən sonra yaranan “müharibə sindromu” (Vətənə canını verənlərin ögey uşağa çevrilməsi, onların hər vasitə ilə köpünün alınması) və əsəblərin həddindən artıq gərilməsini müəllif peşəkarcasına ifadə edə bilib.
Diqqət yetirsəniz, mətndə ən müxtəlif yerlərə səpələnmiş eyhamlar (şübhəsiz ki, konkret vəziyyətlə əlaqədar olaraq), müharibədə hər iki tərəfin xarakterik cizgilərini açıb ortaya qoyur; qəhrəman bacısını xilas etmək naminə erməni, keçmiş idman müəllimi Arşakı aldadıb Qaraqovağa gətirərkən güllə yağışına tuş gəlir, kəndə çataçatda müəllim qolundan yaralanır, öləcəyini düşünüb qorxuya düşür, bu qəfil vəziyyət qəhrəmanın köməyinə çatır.
Ən çətini bu beş addımlıq yolu qət etməkdir, düşünür ki, bütün qüvvəsini toplamalıdır, çünki “bizimkilər gec ayılır, amma yaman ayılırlar”.
Romanda hadisələr, süjet xətti müəllifin mətn boyu qurduğu (əvvəlcədən - !) sxemə uyğundur, müəllif bizi daim bədii məntiq üstündə kökləməyə çalışır, hamıya məlum olan, demək olar ki, bütün müharibə bölgələrində təkrarlanan hadisələrin baş vermə ardıcıllığı ilə əlaqədar əlavə suallar doğmamalıdır.
Müəllif də, şübhəsiz ki, bunu bildiyi üçün ona xüsusi diqqət ayırmır, o, daha çox xarakter və düşüncələrin dərinliyinə varmaq, bu kontekstlərdəki insanı tam olaraq
açan nöqtələri nişan verib böyütmək istəyir – fikrimizcə, onun uğurlu və gücü yetmədiyi cəhətlər də elə bu məqamlarda baş verir.
Bu hər iki cəhəti tamlığı ilə üzə çıxarmaq üçün əsərin bütün sistemini bədii məntiq baxımından təhlil etmək lazımdır.
Ancaq baxaq görək, bu sistemin özü nə deməkdir? Əsərin süjeti, təhkiyə strukturu, mətnin çoxplanlılığı, təhkiyə (və dil) vektorlarının qarşılıqlı münasibətləri, kompozisiya və sair.
Əsərin bütün məziyyətlərini sadalamadan irad kimi onu bildirə bilərik ki,
a) mətnin strukturu tam olaraq dinamik deyildir.
O mənada ki, az qala “sərhəd” xəttində təsvir edilən fikir və düşüncələr, hiss və duyğuların axınını çeşidləyən, onları bir-birindən fərqləndirən kontekst zəifdir.
Hadisələr bir ucdan “emal edilir”, bəzən bədii məntiqdən çox adi məntiq ön plana keçir.
Mətndə danışan, qışqıran dillər arasında polyar sahə dar olduğundan hərəkətin dinamikası, ayrı-ayrı epizodlar şəklində “yanıb-sönür”, müəllif sadəcə qurduğu təhkiyə və hadisə sxemini “yığıb-açır”, mətn məkanında sonradan üzə çıxacaq heç bir işarə yerləşdirmədiyindən əsərin ifadə etdiyi məntiq az qala birbaşa mahiyyət daşıyır.
Bu izahdan o hasil ola bilər ki, çox sadə bir nəsnə - mətləbin bədii əsərdə həlli fikrimizcə bir balaca primitivdir, çünki, müharibə nədir ki, əsl dava-dalaş o bitdikdən sonra başlayır və heç zaman sona varmır.
Bax, bunu ifadə etmək üçün bədii mətn çoxplanlı, çox dilli və çevik kompozisiyalı olmalıdır.
b) Bu mənada romanın adı da onun poetik sistemi ilə bir elə əlaqəli görünmür. Haşiyə kimi belə bir faktı xatırladım ki, Alber Kamünün son romanlarından biri – “Çöküş” ilkin variantında “Çığırtı” adlanırdı və bunun mətndə əsaslanan yeri vardı – mətndəki epizodların birində səhrada təkbaşına qalıb qışqıran insan obrazı da bu cəhəti tam ifadə edirdi.
Ancaq “Çöküş” onun ideyasını və poetik sistemini əsaslı və tam şəkildə ifadə etdiyindən müəllif ikincisinə üstünlük vermişdi.
Bundan əvvəl müzakirə edilən “Haramı” romanında da bayaq işarə etdiyim işarələr var idi, ancaq onlar poetik sistemdə uyğun şəkildə yerləşdirilib paylanmamışdı və açılması da “hərəkət reyestrindən” kənarda baş vermişdi.
“Qaraqovaq çöllərində” də müəllif əsas diqqətini və enerjisini Əfsunun içini və çölünü yandıran düşüncələrə sərf edir, ancaq bu düşüncələr və qaynar olaylar adi məntiqlə (həm də peşəkar qələmi ilə) nağıllanır.
Başqa bir nümunə. Mübariz Cəfərlinin “Azərbaycan” jurnalında (2011, No: 12) çap edilən “Bənna” romanı, bu mənada istisnadır.
Mübariz bu romanında müxtəlif detal və işarələri elə usta şəkildə yer-yurd edir, elə kombinasiyalarda təqdim edir ki, bununla bədii mətnin çoxplanlı strukturu sənə istədiyin sayda variant təklif edir.
Tanışlıq üçün qeyd edim ki, Mübariz Cəfərlinin “Bənna” romanı son illər qələmə
alınıb, hardasa müasir nəsrin axtarışlarını, insanı fərqli və müxtəlif yönlərdən analiz etməyin üsul və metodlarını özündə əyani şəkildə birləşdirən bir əsərdir.
Mübariz nəsrdə müasirliyi təkcə texniki improvizasiya vasitələrində, onların tətbiqində deyil, əsasən baxış bucağının genişliyində, bir sözlə təsvir və təhkiyədə insanın hərtərəfli nəzərə alınmasında görür.
Başqa bir nümunə: Əkrəm Əylislinin “Ceviz kölgəsinin nağılı” hekayəsində də poetik sistemdə bu kimi vahidlərin düzgün və uyar şəkildə yerləşdirilməsinin nələrə qadir olduğunu göstərir.
Yavaş-yavaş budanan ağac nələrəsə səbəb olur, ancaq bu, xüsusi bir dillə və metodla deyil (yaxud quruca təsvirlə deyil -!) sadəcə düzgün təhkiyə və hərəkət strategiyası ilə həll edilir.
Bu mənada düşünürəm ki, “Qaraqovaq çölləri” romanın mətnində bərkiməmiş, müəllifin ard-arda uduzduğu yerlər çoxdur.
Bu romanın müzakirə edilməsi, həm də o baxımdan önəmlidir ki, nəsrə səksəninci illərdə gələn nasirlərin yaradıcılığı müəyyən mənada normal tənqiddən kənarda qalıb, onlar haqqında ya heç nə deyilməyib, ya da dost-tanışın boğazdan yuxarı və təyinatsız tərifləri ayaq açıb.
Belə olduğu üçündür ki, Əlabbas bu romanında vaxtilə qələmə aldığı, ədəbi mühitdə yaxşı qarşılanan əsərlərinə təəssüf ki, uduzub. Bunun şübhəsiz ki, konkret səbəbləri var və bunlar təkcə Əlabbasın romanıa deyil, bütövlükdə müasir nəsrimizə xasdır.
Bu məqamı yetərincə anlamaq üçün məncə, belə bir haşiyəyə ehtiyac var: bəzən əsərin təlqin etdiyi gücü nəzərə çatdırmaq, yaxud sadəcə onun haqqında yetərincə sirayətedici söz demək üçün natiq deyir ki, hansı əsərdə xalq həyatı, onun mənəvi dünyası... adekvat şəkildə təsvir edilib, o əsər böyük əsərdir.
Bu yalançı və saxta fikrin arxasında əslində o gizlənir ki, sovet dönəmində və dövründə yetişən əksər yazıçılar mətn gerçəkliyinə də elə belə baxırlar. Tarixdən yazırsansa, onun üstü ilə sürüşüb gedirsən və unudulur ki, reallıq – daha çox olmayan şeylərdir.
Belə olmadığı üçün dediyim əsərlərdə süjet, fabula sona qədər açılmayan yumaqdan başqa bir şey deyildir. Beləliklə, istənilən təsadüfdə bədii məntiq bayağı gerçəkliyə uduzur...