«Mən
Türkiyədə yaşayan soydaşlarımızdan xahiş edirəm ki, İstanbulda - Feriköy məzarlığında dəfn olunmuş Xəlil bəy Xasməmmədlinin məzarını tapsınlar».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Cümhuriyyət hökumətinin ilk Ədliyyə və Daxili İşlər naziri olmuş Xəlil bəy Xasməmmədlinin (1875-1945) qardaşı nəvəsi Toğrul Cuvarlı söylədi.
MƏZARLARI YA YOXDUR, YA DA VƏTƏNDƏ DEYİL
O bildirdi ki, onsuz da, Cümhuriyyət qurucularının məzarı ya yoxdur, ya da başqa ölkələrdədir: «Nəsib bəyin (Toğrul bəy həm də Nəsib bəy Yusifbəylinin bacısı nəvəsidir—S.İ.) məzarının harada olması bəlli deyil. Həsən bəy Ağayev və Fətəli Xan Xoyski Tiflisdə dəfn edilib. Topçubaşı Parisdə, Rəsulzadə Ankarada. Xəlil bəy İstanbulda yaşayırdı. 1945-ci ildə dünyasını dəyişdi. Feriköy məzarlığında dəfn olundu».
XƏLİL BƏY MƏZARLIQDA GURGÖRƏN SOYADIYLA DƏFN OLUNUB
Toğrul bəy bu müddət ərzində Xəlil bəyin məzarını tapmağa iki dəfə cəhd edib: «İki dəfə İstanbulda oldum. Anamın xahişi ilə çalışdım ki, əmisinin qəbrini tapım... Birinci dəfə gedəndə tam uğursuz çıxdı. Baxmayaraq ki, Xan Xoyskilərin oradakı qohumları mənə qəbri necə tapmağı başa salmışdılar. Hətta sxem çəkmişdilər. Nağı bəy Şeyxzamanlı ilə birgə uyuyurmuşlar. Həyatda da bir yerdə olublar, məzar evləri də yanaşıdır... Nə qədər axtardım, tapmadım. İkinci dəfə gedəndə, bu işə daha rasional yanaşdım. Getdim, məzarlıqdakı qeydiyyat kitabçasını tapdım. Başladılar axtarmağa. Xəlil bəy «Gurgörən» təxəllüsünü götürmüşdü. Bu soyadla axtardılar və tapdılar».
22-Cİ, YA DA 23-CÜ ADA
Toğrul bəy Xəlil Gurgörənin ölüm tarixinin məzarlıqda da 1945-ci il yazıldığına diqqət çəkdi: «Amma bəzi tarixçilər onun 1947-ci ildə öldüyünü yazırlar. İnanmıram ki, o kitabçada səhv ola... Məzarlıqda yenə xeyli gəzdim. Dedilər, ya 22-ci adadadır, ya da 23-də. Onlar sıralara «ada» deyirlər. İkisinə də baxdım. Orada da 1500-2000 qəbir vardı. Nə qədər gəzdim, tapa bilmədim. Bəlkə də, cavan adam gəzsəydi, tapa bilərdi. Qəribədir ki, Nağı bəyin qəbrini tapdım, Xəlil bəyinkini yox...».
MƏN ÇOX MİNNƏTDAR OLARDIM...
Toğrul Cuvarlı Xəlil bəyin məzarını tapan şəxsə çox minnətdar olacağını deyir: «AzadlıqRadiosunu təkcə Azərbaycanda deyil, dünyanın çox yerində dinləyirlər. Türkiyədə yaşayan, oxuyan soydaşlarımıza üz tuturam.
Havanın xoş vaxtı, münasib zamanda qəbri axtarmağa cəhd etsinlər. Dediyim kimi, Feriköy məzarlığı, Nağı Xəlil Gurgörən adıyla dəfn olunub. Hansı adada—onu da dedim».
XƏLİL BƏY İSTANBULDA TƏK-TƏNHA YAŞAYIB
Toğrul bəy əmisinin İstanbulda tək-tənha yaşadığını ürəkağrısı ilə söylədi: «Ona görə də o məzarlıqlar mənim üçün tənhalıq hissinin simvoludur. Gur ictimai həyatına baxmayaraq, şəxsi həyatda Xəlil bəy Gurgörən tənha adam idi. Orada kimi vardı ki? Xoyskinin sağ qalan ailə üzvləri və Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanım—İsmayıl bəy Qaspralının nəvəsi və Mirzə Göygölün həyat yoldaşı... Zöhrə xalagil Kabataşda—Dolmabahçedə yaşayırdılar. İstanbula son gedişdə Kabataşa baş çəkdim. Çox pis oldum. Heç kəs qalmayıb. Nə Zöhrə xalam, nə Xəlil dayım, nə Mirzə bəy... Zöhrə xalamın oğlu Selçuk (Nəsib bəy Yusifbəylinin nəvəsi—S.İ.) da öldü. Bircə qızı Şölə qalıb. O da Almaniyada yaşayır. Düşündüm ki, heç olmasa, bircə nəfər sağ olsaydı, gedib Zöhrə xalamın evini-- Xəlil bəyin tez-tez gəldiyi evi görərdim. Amma bu da mənə nəsib olmadı...».
XASMƏMMƏDLİ QARDAŞLARI
Qonağımız Xəlil bəy Xasməmmədlinin Gəncədə əsilli-nəsilli bir ailədə doğulub tərbiyə aldığını vurğuladı: «Dörd qardaş olublar—Xəlil bəy, Ələsgər bəy, Ələkbər bəy, Nağı bəy (Toğrul bəyin babası—S.İ.). Qardaşlardan üçü hüquqşünas olub. Təkcə mənim babam yox. Əmioğlanları da bu sənətə yiyələnib—Adil xan və İsmayıl xan. Xəlil bəyin qardaşları Gəncədə yaranan «Qeyrət», «Difai» təşkilatlarının fəal iştirakçısıydı. Ələkbər bəy Cümhuriyyət hökumətində 1918-ci il mart qırğını ilə bağlı yaradılmış komissiyanın sədri olub. O hadisələrlə bağlı hər yeri gəzib, faktlar toplayıb. Bolşeviklər gələndə, bir müddət ona toxunmadılar. Amma 1925-ci ildə, bilirsiniz ki, açıq hücuma keçdilər. Onda Ələkbər bəyi də güllələdilər...».