Məşhur italyan yazıçısı Umberto Ekonun "Qızılgülün adı" romanı Azərbaycan dilində çap edildi.
Samir Bulutun ruscadan çevirdiyi və "Qanun" nəşriyyatında çap edilən roman intellektual postmodernizmin və XX əsr romançılığının ən parlaq nümunələrindən biri, Umberto Eco yaradıcılığının kulminasiyasıdır.
Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mədəniyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 ildən artıq vaxt keçir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mərkəzindədir. Azərbaycanda postmodern ədəbiyyat mövzusunda qızğın müzakirələr təxminən iyirmi ildir ki, gedir. Postmodern ədəbiyyatın ağır artilleriyası olan “Qızılgülün adı” romanı isə azərbaycandilli oxuculara ana dilimizdə yalnız indi təqdim olunur.
"Qanun" nəşriyyatının “Klassiklər” seriyasında da daha bir kitab işıq üzü gördü: Erix Mariya Remarkın "Qərb cəbhəsində yenilik yoxdur" romanı.
Bu kitab Azərbaycan dilində ilk dəfə nəşr olunur.
“Klassiklər” seriyası “Əli və Nino” və “Qanun nəşriyyatı”nın birgə layihəsidir.
Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur.
İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
Alman dilindən tərcümə: Pərvanə Məmmədova