Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan abortu insan qətli ilə müqayisə etdikdən sonra qadın hüquq müdafiəçilərinin qəzəbinə tuş gəlib.
«İndependent» qəzeti yazır ki, Türkiyə qanunvericiliyi ana bətnindəki dölün 10 həftəyə qədər abortuna icazə verir. Yalnız tibbi zərurət olduqda aborta imkan verilir.
NTV telekanalının məlumatına görə, Erdoğan bu müddətin 8 həftəyə endirilməsini istəyir. Türkiyənin Baş naziri çıxışında qeysər kəsiyi əməliyyatı yolu ilə doğuşa qarşı olduğunu da bildirib. Deyib ki, bütün bunlar Türkiyə əhalisini azaltmaq məqsədi güdən məkrli planının tərkib hissəsidir.
ABORT BAŞ NAZİRİN İŞİDİRMİ?
Türkiyədə hüquq müdafiə təşkilatları və müxalif deputatlar Baş nazirə etiraz edirlər. Onlarla qadın İstanbulda etiraz aksiyası keçirib. Onlar əllərində «bu bizim bətnimizdir. Abort baş nazirin işidirmi?», «qeysər kəsiyi ilə doğuş da, abort etmək də bizim işimizdir» yazılmış şüarlar tutublar.
Erdoğan'ın aborta və qeysər kəsiyi əməliyyatlarına qarşı çıxması ölkənin yeni konstitusiyasının hazırlandığı bir vaxta təsadüf etməsi ilə də diqqəti çəkir. Son məlumatlara görə, Türkiyədə abortun sayı artıb. 2009-cu ildə 60 min idisə, ötən il bu rəqəm 70 min olub.
HƏRDƏN ABORT ZƏRURİDİR
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, bu məsələdə tək fikir söyləmək doğru
olmazdı:
QEYSƏR KƏSİYİ ƏMƏLİYYATI CİNAYƏT DEYİL
Qadın Problemlərinin Tədqiqat Birliyinin direktoru Sacidə Abdulvahabova deyir ki, burda daha çox maarifləndirməyə üstünlük verilməlidir:
EYNİ ŞEY BİZDƏ DƏ VAR
Ginekoloq Təranə Həsənova isə Türkiyə Baş nazirinin fikirlərini dəstəkləyir:
Türkiyə əhalisi təxminən 75 milyondur. Avropa Birliyi ölkələri ilə müqayisədə bu ölkədə gənclərin sayı çoxdur. Ölkə əhalisi əsasən gənclərdən ibarətdir
Türkiyənin Baş naziri tez-tez çıxışlarında hər ailədə 3 uşaq doğulmasının zəruri olduğunu da bildirir.

«Bir tərəfdən, Türkiyə Baş nazirini başa düşürəm. Çünki son dövrlər Türkiyədə qeysər kəsiyi əməliyyatı ilə doğuş sanki bir dəb halını alıb. Azərbaycanda isə son dövrlər belə dəb var – qeysər kəsiyi əməliyyatı üçün Türkiyəyə gedirlər. Çünki bu ölkədə bu əməliyyat çox yayılıb və böyük təcrübələri var. Aborta qarşı fikri də başa düşürəm. Ancaq elə vəziyyətlər var ki, qadın zorlama nəticəsində hamilə qala bilər, ya da doğuş sağlamlığı üçün ziyanlı ola bilər. Onda abort olmalıdır».
QEYSƏR KƏSİYİ ƏMƏLİYYATI CİNAYƏT DEYİL
Qadın Problemlərinin Tədqiqat Birliyinin direktoru Sacidə Abdulvahabova deyir ki, burda daha çox maarifləndirməyə üstünlük verilməlidir:
«Ailə planlaşdırılmalıdır. Dünyaya arzu olunmayan uşaq gətirmək istəmirlərsə, əvvəlcədən bunun qarşısı alınmalıdır. Ancaq abortla yox. O ki qaldı qeysər kəsiyi əməliyyatlarına, təəssüf ki, bu əməliyyatlar indi Azərbaycanda da çox yayılıb. Bu əməliyyata ananın və uşağın səhhəti üçün qorxulu vəziyyət yarananda, müraciət olunmalıdır. Ancaq həm abortun, həm də qeysər kəsiyi əməliyyatına cinayət kimi baxmaq lazım deyil. Çünki bunun bir tərəfində ananın və uşağın sağlamlığı da dayanır».
Ginekoloq Təranə Həsənova isə Türkiyə Baş nazirinin fikirlərini dəstəkləyir:
«Qeysər kəsiyi əməliyyatları təkcə Türkiyədə deyil, Azərbaycanda da sürətlə yayılır. Onlar bunu deyirlərsə, bizdə də deyilməlidir. Çünki eyni şey bizdə də var. Baş nazirin çıxışını eşidəndə sevindim. Nəhayət, onlarda səs çıxdı, yəqin bizdə də çıxar. Zəruri olmadıqca, bu əməliyyatlar olmamalıdır. Aborta gəldikdə isə, bu, əvvəl də yüksək olub, indi də».