Gənc şair Elmar Şahmar, Təbrizdə yaşayan yazar Rüqəyyə Kəbiri, romançılar Nərmin Kamal və Məqsəd Nur Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az saytında keçirilən “Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin qalibləridir.
İyunun 1-də Azad Fikir Universitetində keçirilən mükafatlandırma mərasimində müsabiqənin şeir, hekayə və roman nominasiyaları üzrə mükafatçıları bəlli oldu.
Şeir:
1-ci yer – Elmar Şahmar. "Sevgiyə elegiya", "Bağışla"
2-ci yer – Dilqəm Əhməd. "Kabuldan-Bakıya sevgi metamorfozu"
3-cü yerlər – Şəhriyar del Gerani. "Sonuncu sevgi"
və Balayar Sadiq. "Həsrətin rəngləri", "Unudulmuş sətirlər"
Hekayə:
1-ci yer – Rüqəyyə Kəbiri. "Mavayıl"
2-ci yer – Azər Həsənli. "Şrödingerin qara pişiyi"
3-cü yerlər – Anar Mahmudov. "Yutub" və Sevda Sultanova. "Tarkovski"
“Gənc romançı” mükafatı qalibləri:
Nərmin Kamal. "Aç, mənəm" romanı
Məqsəd Nur. "Şəhər meri" romanı
Mükafatlandırma mərasimində “Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin münsiflərindən
az, ya çox bal almış bütün müəlliflərin şeir və hekayələrinin toplandığı kitab da təqdim edilib.
Bundan başqa “Oxu zalı”nın seçimi seriyasında növbəti kitab – Cavidanın şeir və hekayələr kitabı (60 hekayə və 44 yazarın şeirlərindən ibarət) da təqdim olunub.
Mərasimdə müsabiqənin münsiflərinin kim olduğu da açıqlanıb.
Şeir nominasiyasında: tənqidçilər İradə Musayeva, Cavanşir Yusifli, şair, nasir Pərviz Cəbrayıl, 525-ci qəzetin baş redaktorunun mədəniyyət, ədəbiyyat üzrə müavini Seyfəddin Hüseynli.
Hekayə nominasiyasında 5 münsif olub: adıçəkilən şəxslər və tənqidçi Tehran Əlişanoğlu.
Roman nominasiyasında münsiflər: tənqidçilər İradə Musayeva, Elnarə Tofiqqızı, Cavanşir Yusifli, Tehran Əlişanoğlu və “Oxu zalı”nın redaktoru Rövşən Qəmbərov.
Bu ilki müsabiqə 2010 və 2011-ci illərdə “Ədəbi Azadlıq”ın münsiflərindən olmuş görkəmli yazıçı, mərhum Rafiq Tağının xatirəsinə həsr edilib.
Mükafatlandırma mərasimindən daha ətraflı material, şəkillər və videolar tezliklə oxuzalı.az-da!