“Ağac” dərgisinin yeni sayı çıxdı

Üç aydan bir nəşr olunan «Ağac» dərgisinin yeni sayı çıxdı.

Çağdaş dünya ədəbiyyatından toplanmış tərcümələrdən ibarət dərgi dünya ədəbiyyatından Azərbaycan dilinə indiyəcən çevrilməmiş hekayələr, şeirlər və məqalələrdən ibarətdir.

«Ağac» dərgisinin bu sayında Umberto Eko, Jan Pol Sartr, Xorxe Luis Borxes, Haruki Murakami və.s kimi tanınmış dünya yazıçıları ilə bərabər Azərbaycanda bir çoxlarının tanımadığı Amerika yazıçıları Elliot Vaynberqer, Pol Boulz həmçinin rus şairi Andrey Tavrovun orijinaldan çevirilmiş əsərləri yer alır.

Jurnalı Bakının bütün kitab mağazalarından, metroservis satış köşklərindən, həmçinin “Əli və Nino” kitab dükanlarından əldə etmək olar.

Namiq