-
Bunu AzadlıqRadiosuna partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib. O, gənclərin polisə çağırılmasını «Eurovision» mahnı müsabiqəsindən 1 gün əvvəl - mayın 25-də gənclərin bulvarda keçirdiyi aksiya ilə əlaqələndirir:
Əbülfəz Qurbanlı deyir ki, gənclərin polisə çağırılması ilə bağlı heç bir rəsmi sənəd verilmədiyi üçün onlar hazırda vəkillə məsləhətləşmələr aparırlar:
Səbail rayon Polis İdarəsindən isə bu məsələ ilə bağlı hər hansı məlumat almaq mümkün olmadı.
Mayın 25-də Bakı bulvarında aksiya zamanı 70-ə yaxın şəxs saxlanmışdı. Onlardan 3-ü barəsində 5-6 sutkalıq inzibati həbs qərarı verilmişdi.
İKİ GƏNC SƏBAİL POLİSİNDƏ DİNDİRİLİB
Onlardan biri AXCP Gənclər Komitəsinin koordinatoru Bəyimxanım Həsənli, digəri isə Toğrul İbrahimli olub.
Gənclərə mayın 21-də Bakı şəhər İcra Hakimiyyəti qarşısında keçirilən aksiyada Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovun polis əməkdaşları ilə mübahisəsini əks etdirən videoçarx göstərilib.
Onlardan belə bir hadisənin şahidi olub-olmadıqları soruşulub.
Gənclər deyir ki, onlar izahatlarında belə bir hadisənin şahidi olmadıqlarını qeyd ediblər.
Gənclər vəkil Fəxrəddin Mehdiyevin iştirakı ilə izahat veriblər.
Vəkil deyir ki, 21 may aksiyası ilə əlaqədar cinayət işi açılıb. Amma konkret kimin ittiham edildiyi məlum deyil:
Məsələ ilə əlaqədar RATİ əməkdaşı Mehman Hüseynovun özü də Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinə çağırılıb. Amma o, hazırda Gürcüstanda treninqdə olduğu üçün dindirilmədə iştirak edə bilməyib.
RATİ direktoru Emin Hüseynov isə hesab edir ki, bu, Mehman Hüseynovun jurnalist fəaliyyəti və İnstitutun «Eurovision» ərəfəsində keçirdiyi «Demokratiya naminə oxu» («Sing for democracy») kampaniyası ilə bağlı bir məsələdir.
«Son günlər paytaxtda və bölgələrdə AXCP üzvü olan gənclər polisə çağırılır».
Bunu AzadlıqRadiosuna partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib. O, gənclərin polisə çağırılmasını «Eurovision» mahnı müsabiqəsindən 1 gün əvvəl - mayın 25-də gənclərin bulvarda keçirdiyi aksiya ilə əlaqələndirir:
«İlk olaraq Ramil Musayev Oğuz rayon polisinə çağırılıb. Ona deyiblər ki, tutduğu yol səhvdir və bir də belə aksiyalarda iştirak etməsin. Daha sonra Vasif Alışlı Sabirabad, Xanım Mustafayeva isə Qax rayon polisinə çağırılıb. Bəyim Həsənli və təşkilatın tədbirlərində iştirak edən, amma partiya üzvü olmayan Toğrul İbrahimli də iyunun 9-da Səbail polisinə çağırılıb».
Əbülfəz Qurbanlı deyir ki, gənclərin polisə çağırılması ilə bağlı heç bir rəsmi sənəd verilmədiyi üçün onlar hazırda vəkillə məsləhətləşmələr aparırlar:
«Biz bilmirik ki, gənclər polisə hansı qisimdə çağırılır. Bu səbəbdən vəkillə məsləhətləşmələrdən sonra şikayət verəcəyik. Hesab edir ki, bununla gəncləri tutduqları yoldan çəkindirmək istəyirlər».
Səbail rayon Polis İdarəsindən isə bu məsələ ilə bağlı hər hansı məlumat almaq mümkün olmadı.
Mayın 25-də Bakı bulvarında aksiya zamanı 70-ə yaxın şəxs saxlanmışdı. Onlardan 3-ü barəsində 5-6 sutkalıq inzibati həbs qərarı verilmişdi.
İKİ GƏNC SƏBAİL POLİSİNDƏ DİNDİRİLİB
Onlardan biri AXCP Gənclər Komitəsinin koordinatoru Bəyimxanım Həsənli, digəri isə Toğrul İbrahimli olub.
Onlardan belə bir hadisənin şahidi olub-olmadıqları soruşulub.
Gənclər deyir ki, onlar izahatlarında belə bir hadisənin şahidi olmadıqlarını qeyd ediblər.
Gənclər vəkil Fəxrəddin Mehdiyevin iştirakı ilə izahat veriblər.
Vəkil deyir ki, 21 may aksiyası ilə əlaqədar cinayət işi açılıb. Amma konkret kimin ittiham edildiyi məlum deyil:
«Gənclər şahid qismində ifadə verdilər. Müstəntiq Müslüm Quliyev onlardan soruşdu ki, həmin aksiya iştirak ediblərmi? Mehman Hüseynovun polislə mübahisəsini görüblərmi? Gənclər dedi ki, aksiyada olublar, amma bu mübahisəni görməyiblər».