İyunun 14-də Euro-2012-nin C qrupunda II turun oyunları keçirilib. Bu qrupda İtaliya yığması Xorvatiya ilə qarşılaşıb.
İngiltərədən olan baş hakim Howard Webbin idarə etdiyi oyunda hesabı İtaliya yığmasının təcrübəli oyunçusu Andrea Pirlo açıb. Pirlo oyunun 39-cu dəqiqəsində vurduğu cərimə zərbəsi ilə italiyanları hesabda irəli çıxara bilib. Bununla da o cərimə zərbələrinin mahir ifaçısı olduğunu bir daha futbol sevərlərə nümayiş etdirə bilib.
Beləliklə ilk 45 dəqiqə italiyanların üstünlüyü ilə başa çatıb.
Qarşılıqlı hücumlarla yadda qalan ikinci hissədə isə xorvatlar bərabərlik qolunu vura biliblər. 72-ci dəqiqədə Xorvatiya millisinin 26 yaşlı hücumçusu Mario Mandžukić fərqlənib. Özünün səhvsiz oyunu ilə diqqət çəkən İtaliya yığmasının müdafiəçilərinin ani sayıqlığı itirməsi onlara baha başa gəlib.
Oyun 1-1 hesabıyla başa çatıb. Bu hesab əslində hər iki tərəfi qane etməyib.
İSPANİYA – İRLANDİYA 4:0
Günün ən maraqlı oyunu hesab edilən İspaniya - İrlandiya yığmalarının oyunu dünya və Avropa çempionlarının 4 -0 hesablı qələbəsiylə yadda qalıb. Matçdan əvvəl favorit hesab edilən İspaniya elə 4-cü dəqiqədə ilk qolunu vura bilib. 28 yaşlı Fernando Torres fərqlənib. 1-0
Daha çox ispanların diqtəsiylə keçən oyunun birinci hissəsi bu hesabla başa çatıb.
İkinci hissədə isə ispanlar irlandlara heç bir ümid yeri qoymayıblar. Belə ki, 49-cu dəqiqədə yarımmüdafiəçi David Silva hesabı 2-0-a çatdırıb. O, cərimə meydançasında 3 irland futbolçusunun arasından topu qapıya göndərə bilib.
70-ci dəqiqədə F.Torres oyunda ikinci dəfə fərqlənə bilib. 3-0
Matça son nöqtəni isə Barselona klubunun 25 yaşlı yarımmüdafiəçisi Cesc Fàbregas qoyub. Fàbregas 83-cü dəqiqədə vurduğu qolla hesabı 4-0 edib.
C qrupunda II turun oyunlarından sonra hərəyə 4 xal toplamış İspaniya və Xorvatiya milliləri birinci - ikinci yerləri bölüşürlər. İki oyuna iki xal toplayan İtaliya yığması qrup üçüncüsüdür. 1 qol vurub, 7 qol buraxan İrlandiya yığması isə qrup sonuncusudur. Bu qrupda sonuncu oyunlar İtaliya ilə İrlandiya, İspaniya ilə isə Xorvatiya milliləri arasında keçiriləcək.
Bu oyunlar haqda sənin fikrin nədir?