«Azərbaycan Dil Qurumu» İB Monitorinq Qrupu yazılı mətbuatda ədəbi dilin qorunması ilə bağlı 2012-ci il iyunun 19-dan 30-dək monitorinq keçirib.
Xəbəri AzadlıqRadiosuna İB-nin mətbuat xidməti verib.
Monitorinqə «Yeni Müsavat», «Azadlıq», «Bizim yol», «Şərq», «525-ci qəzet», «Gündəlik Teleqraf» və «Ekspress» qəzetləri cəlb edilib.
Monitorinqin nəticəsinə görə, «525-ci qəzet» dil normalarını ən az pozan, «Yeni Müsavat» və «Azadlıq» isə dil xətalarına ən çox yol verən qəzetlər sayılıb.
Monitorinq zamanı heç bir zəruri ehtiyac olmadan mətbuatda əcnəbi sözlərdən istifadə olunduğu müəyyənləşib. Müəlliflərin bilərəkdən istifadə etdikləri bu əcnəbi sözlər yalnız dırnaq içərisində yazılmaqla dil normalarına «uyğunlaşdırılır».
«Bir qayda olaraq, mətbuatda xarici mətbuat, şirkət, hətta şəxs adlarının orijinalda olduğu kimi yazılması ənənə halını alıb. Ancaq bu qaydanın tətbiqində də heç bir ümumi prinsip gözlənilmir» deyə monitorinq aparanlar bildirib.
Monitorinq Qrupu qeyd edir ki, 2010-cu il tədqiqatları ilə müqayisədə 2 ilə yaxın müddətdə əcnəbi sözlərdən istifadə əhəmiyyətli şəkildə azalıb.
Qrup bu fikirdədir ki, orfoqrafiya lüğəti vaxtaşırı olaraq yenilənməlidir. «Azərbaycanın Dövlət Dili haqqında» Qanuna görə də «Azərbaycan dilinin orfoqrafiya lüğəti» ən geci 5 ildən bir tərtib olunmalı və ictimaiyyətə təqdim edilməlidir. Amma 2004-cü ildən bu vaxta qədər yeni «Orfoqrafiya lüğəti» istifadəyə verilməyib.