Araşdırmaçı jurnalist, Teleqraf.az saytının redaktoru Nicat Dağlar ötən ildən jurnalist araşdırması ilə bağlı suallarına cavab ala bilmir. O, Dövlət Neft Şirkətinə (ARDNŞ) ötən il göndərdiyi sualları bu günlərdə yenidən şirkətə ünvanlayıb. Amma hələ də cavab yoxdur. Bir neçə gün əvvəl jurnalist məhkəməyə üz tutub:
Nicat Dağlar deyir ki, Neft Şirkətinin Gürcüstan və Ukraynadakı nümayəndəlikləri isə onların yazılı sorğusuna tez bir vaxtda cavab verib.
Jurnalistin dediklərinə Dövlət Neft Şirkətindən şərh ala bilmədik.
Beynəlxalq Şəffaflıq Təşkilatının («Transparency International») informasiya azadlığı ilə bağlı Azərbaycan, Gürcüstan və Ermənistanda yenicə yekunlaşdırdığı layihə də bu sahədə xeyli problemlərin olduğunu üzə çıxarıb. Təşkilatın Azərbaycan bölməsinin əməkdaşı Kənan Qasımovun dediyinə görə, onlar layihə dövründə 39 dövlət qurumuna informasiya sorğusu göndəriblər.
39 QURUMDAN 31-İ CAVAB VERİB
Həmin qurumlardan, gec də olsa, 31-i cavab verib, 8 qurum isə ümumiyyətlə sorğuları cavabsız qoyub. Kənan Qasımov deyir ki, bəzi qurumların sorğuya cavabı yarımçıq olub, bəzi qurumlardan aldıqları cavabların doğruluğu onlarda şübhə yaradıb:
GÜRCÜSTANDA DÖVLƏT QURUMLARI NECƏ İŞLƏYİR?
«Şəffaflıq Gürcüstan» Təşkilatının nümayəndəsi Ekaterina Bokuchava isə deyir ki, Tbilisi meriyası və İqtisadi İnkişaf Nazirliyini çıxmaq şərti ilə Gürcüstanda dövlət qurumlarından asanlıqla istənilən məlumatı almaq olur:
GƏLİR BƏYANNAMƏSİ NƏ VAXT OLACAQ?
İyunda Milli Məclis «İnformasiya əldə etmək haqqında» və «Kommersiya sirri haqqında» qanunlara dəyişikliklər edib. Dəyişikliyə görə, kommersiya şirkətlərini yaradanlar və onların şirkətdə payları barədə məlumatlar kommersiya sirri hesab olunacaq.
Bəzi ekspertlər Azərbaycanda informasiya azadlığı ilə bağlı vəziyyətin o qədər də yaxşı olmamasını yuxarıların bunu istəməməsi, bu məsələlərdə məmurların daha çox qapalılığa meylliliyi ilə bağlayır.
Ekspertlər xeyli vaxtdır gəlir bəyannaməsi formasının hazırlanmamasını da buna misal çəkirlər.
MÜTƏRƏQQİ DƏYİŞİKLİK
Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi Vüsal Hüseynov gəlirlərin açıqlanması ilə bağlı qanunun olduğunu deyir. Amma etiraf edir ki, qanunun icrası bəyannamə formasının hələ də hazır olmaması səbəbindən ləngiyir. Qaldı «İnformasiya əldə etmək haqqında» qanuna edilən əlavə və dəyişikliyin vəziyyətə mənfi təsir edəcəyinə, Vüsal Hüseynov bununla razılaşmır:
Ədliyyə Nazirliyində Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyir ki, onlar informasiya verməkdə heç vaxt xəsislik etmirlər:
ÜMİD PREZİDENTƏDİR
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev indiyə qədər Azərbaycanda informasiya əldə etməklə bağlı qanunvericiliyin normal olduğunu deyir. Amma o, parlamentin son vaxtlar bu sahədə qəbul etdiyi dəyişikliklərin ciddi narahatlıq doğurduğunu bildirir. Hesab edir ki, bu məsələ Şəffaflığın artırılması və korrupsiyaya qarşı Milli Strategiyanın tələblərinə də ziddir. Əliməmməd Nuriyevin fikrincə, bu, gələcəkdə informasiya almaq sahəsində vəziyyəti daha da ağırlaşdıra bilər. Amma o, ümidlidir ki, parlamentin qəbul etdiyi dəyişikliyi prezident təsdiqləməyəcək.
Amma bu arqumentin əksini deyənlər də var. Onların fikrincə, əslində Prezident Administrasiyasından parlamentə təklif edilən dəyişikliyi prezidentin imzalamayacağı az inandırıcı görünür.
«Biz suallarımızı yenidən şirkətə göndərdik. Üstündən 1 aydan artıq vaxt ötsə də, yenə cavab verilmədi. Məcbur olduq məhkəməyə müraciət edək».
Nicat Dağlar deyir ki, Neft Şirkətinin Gürcüstan və Ukraynadakı nümayəndəlikləri isə onların yazılı sorğusuna tez bir vaxtda cavab verib.
Jurnalistin dediklərinə Dövlət Neft Şirkətindən şərh ala bilmədik.
Beynəlxalq Şəffaflıq Təşkilatının («Transparency International») informasiya azadlığı ilə bağlı Azərbaycan, Gürcüstan və Ermənistanda yenicə yekunlaşdırdığı layihə də bu sahədə xeyli problemlərin olduğunu üzə çıxarıb. Təşkilatın Azərbaycan bölməsinin əməkdaşı Kənan Qasımovun dediyinə görə, onlar layihə dövründə 39 dövlət qurumuna informasiya sorğusu göndəriblər.
39 QURUMDAN 31-İ CAVAB VERİB
Həmin qurumlardan, gec də olsa, 31-i cavab verib, 8 qurum isə ümumiyyətlə sorğuları cavabsız qoyub. Kənan Qasımov deyir ki, bəzi qurumların sorğuya cavabı yarımçıq olub, bəzi qurumlardan aldıqları cavabların doğruluğu onlarda şübhə yaradıb:
«Azərbaycanda və Ermənistanda informasiyanı açıqlaması üçün dövlət qurumları üzərinə öhdəlik qoyulur, amma Gürcüstanda belə öhdəlik yoxdur. Amma Gürcüstanda onlar məlumatları rahat şəkildə paylaşırlar, yayırlar».
GÜRCÜSTANDA DÖVLƏT QURUMLARI NECƏ İŞLƏYİR?
«Şəffaflıq Gürcüstan» Təşkilatının nümayəndəsi Ekaterina Bokuchava isə deyir ki, Tbilisi meriyası və İqtisadi İnkişaf Nazirliyini çıxmaq şərti ilə Gürcüstanda dövlət qurumlarından asanlıqla istənilən məlumatı almaq olur:
«Gürcüstanda qanunlarda şirkətlərin təsisçiləri və rəhbərləri barədə məlumat alma ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bunlar hamısı açıq məlumatlardır. Amma maliyyə məsələlərinə gəldikdə, bəzi şirkətlər bunu kommersiya sirri sayır və verməkdən imtina edirlər. Bu səbəbdən həmin məlumatları əldə etmək mümkün olmur».
GƏLİR BƏYANNAMƏSİ NƏ VAXT OLACAQ?
İyunda Milli Məclis «İnformasiya əldə etmək haqqında» və «Kommersiya sirri haqqında» qanunlara dəyişikliklər edib. Dəyişikliyə görə, kommersiya şirkətlərini yaradanlar və onların şirkətdə payları barədə məlumatlar kommersiya sirri hesab olunacaq.
Bəzi ekspertlər Azərbaycanda informasiya azadlığı ilə bağlı vəziyyətin o qədər də yaxşı olmamasını yuxarıların bunu istəməməsi, bu məsələlərdə məmurların daha çox qapalılığa meylliliyi ilə bağlayır.
MÜTƏRƏQQİ DƏYİŞİKLİK
Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi Vüsal Hüseynov gəlirlərin açıqlanması ilə bağlı qanunun olduğunu deyir. Amma etiraf edir ki, qanunun icrası bəyannamə formasının hələ də hazır olmaması səbəbindən ləngiyir. Qaldı «İnformasiya əldə etmək haqqında» qanuna edilən əlavə və dəyişikliyin vəziyyətə mənfi təsir edəcəyinə, Vüsal Hüseynov bununla razılaşmır:
«Bu, əslində mütərəqqi dəyişiklikdir. Dəyişiklikdə müəyyən edilən məhdudiyyətlər əksər beynəlxalq konvensiyalarda var».
Ədliyyə Nazirliyində Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyir ki, onlar informasiya verməkdə heç vaxt xəsislik etmirlər:
«Bəzi fikirlər səslənir ki, dövlət qurumları sorğulara ya heç cavab vermir, ya da yarımçıq cavab verir. Hesab edirəm ki, bütün bunlar sırf normativ hüquqi sənədlərin tələblərindən irəli gəlir».