ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Norveçin «Statoil» şirkəti birgə tədqiqat müqaviləsi imzalayıblar.
İyulun 6-da «Statoil»dən Trend-ə verilən məlumata görə, tədqiqat Abşeron yarımadasının şımal-qərbindəki dayaz sulu ərazidə geoloji-geofiziki məlumatların dəyərləndirilməsinə yönəldiləcək.
«Statoil» şirkətinin bu yaxınlarda Norveçdə, Tanzaniyada və Braziliyada apardığı yüksək effektiv dəniz kəşfiyyat işləri bizim bilik və bacarığımızı təsdiqləyir və texnologiyanın kəşfiyyat işlərində böyük potensial açmaq imkanına malik olduğunu sübut edir», - «Statoil» şirkətinin beynəlxalq kəşfiyyat işləri üzrə vitse-prezidenti Niсk Maden deyib.
«Statoil» Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərir və biz bu müqavilə vasitəsilə Azərbaycanda «Statoil» üçün mümkün operatorluq funksiyasını daşıyacağımız yolda texnoloji və kəşfiyyat təcrübəmizi paylaşacağımızı səbirsizliklə gözləyirik, «Statoil Azərbaycan»ın prezidenti Lars Troen Sorensen qeyd edib.
«Biz Azərbaycanın kəşfiyyat potensialına malik olduğuna inanırıq. Biz Bakıdakı ofisimizdə Xəzər dənizinin Azərbaycan sektorunda yeni imkanların aşkar edilməsi ilə məşğul olan kəşfiyyat işçi qrupu yaratmışıq. Bu müqavilə hər iki şirkətdən ciddi öhdəlik götürməsini tələb edəcək».
«Statoil» Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və ölkədə ikinci ən iri xarici investor hesab olunur.
«Statoil» 5 milyard ABŞ dollarından artıq sərmayə qoyub və «Azəri-Çiraq-Günəşli» neft yataqlar blokunda 8,56%, «Şahdəniz» qaz yatağında 25,5% pay bölgüsü ilə və müvafiq Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihəsində tərəfdaşdır.