ARDNŞ Monteneqroda 258 milyon avroya istirahət mərkəzi salır

ARDNŞ

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Monteneqroda 258 milyon avroya (319 milyon dollar) istirahət mərkəzi salacaq. Mərkəz paytaxt Podgoricanın 116 km cənub-qərbində keçmiş hərbi bazanın yerində olacaq.

Bu haqda Monteneqronun Özəlləşdirmə və Kapital Layihələr üzrə Şurasından məlumat verilib.

Məlumata görə, bu ərazi ARDNŞ-ə 90 il müddətə icarəyə veriləcək. ARDNŞ ilk 45 ilin icarə haqqını avans olaraq ödəyəcək. O cümlədən hər kvadratmetrə 1 avro və gəlirin 5 faizini.

ARDNŞ əraziyə ilk 4 ildə 52 milyon avro, ümumilikdə isə 8 il müddətində 258 milyon avro sərmayə qoyacaq. Ərazi 241,695 kvadratmetrdir.