İrandan İlham Əliyevə dəvət məktubu gəlir

Mahmoud Ahmadinejad və İlham Əliyev

-
İyulun 10-da İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada deyilir ki, İran prezidenti Mahmoud Ahmadinejad Qoşulmayanlar Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirakla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə dəvət məktubu göndərir.

Dəvət məktubunu Təhsil naziri Hamidreza Hajibabaii iyulun 11-də gətirəcək.

Bloklara Qoşulmayan Ölkələr Hərəkatının Tehran sammiti avqustun 20-25-də keçiriləcək. /Media Forum/