İngiliscədən Firudin Ağazadənin çevirdiyi roman "Qanun" nəşriyyatının "Klassiklər" seriyasında çap edilib.
Romanda bütünlüklə özünü sənətə vermiş insanın yaratmaq eşqi, Ay kimi əlçatmaz dahilik işığı və onunla müqayisədə bir qara quruşa dəyməyən bayağı var-dövlət meşşanlığı üz-üzə qoyulur.
Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.
Əsərin baş qəhrəmanı səhm bazarında brokerlik edən orta yaşlı kişidir.
O, qəfildən ailəsini-uşağını atmağa qərar verir və rəssam olmaq arzusunun dalınca gedir.
Dahi və xudpəsənd, alicənablıq və rəzillik, istedad və qəddarlıq – eyni bir şəxsdə bu sifətlərin olması mümkündürmü?
Dahiliklə əclaflıq bir araya sığa bilərmi?
Sənətkar yaşadığı cəmiyyətin əxlaq qanunları ilə hesablaşmalıdırmı?
Yaradıcı adamın içində bir iblis də var” – bu deyim doğrudurmu?
Görkəmli ingilis nasiri S.Moem kitabda bu problemləri bədii bir dillə açıqlayır.