Gürcüstan müxalifətinin lideri dövlət büdcəsinə 48 milyon dollar ödəyir


Gürcüstanda milyarder müxalifət lideri Bidzina İvanishvili dövlət büdcəsinə 80 milyon lari – təxminən 48 milyon dollar ödəyəcəyini açıqlayıb. O, bu pulu həm hökumətin ona kəsdiyi cərimə, həm də bu yaxınlarda ölkənin cənubunda baş vermiş seldən zərər çəkənlərə yardım üçün verdiyini bildirir.

Keçən ay əvvəl İvanishvili`yə qarşı qanunsuz siyasi maliyyələşmə iddiası ilə 45 milyon dollardan çox cərimə cəzası kəsilmişdi. Amma özü heç bir qanunsuz iş görmədiyini deyərək cəriməni ödəməkdən imtina edirdi.

İyulun 25-də isə özünün Facebook səhifəsində yazır ki, seldən ziyan çəkənlərə yardım üçün həmin cəriməni ödəmək qərarına gəlib.

Milkyarder müxalifət lideri bu ilin oktyabrına təyin olunmuş parlament seçkisində indiki prezident Mikheil Saakashvilinin partiyası məğlub etmək iddiasındadır.