Nuranə Nur. Günəşin batışı

-
Günəşin batışı

Üzünə baxıram gözlərin hanı ?
Dönüşün gedişinə xəyanətindi.
Bir gün xəyalında xəyalın idim
mənə Günəşim deyirdin.
Indi hətta
bir quşun qanadı altında da gizlənə bilərsən.
Gedirəm,
Üzümə baxa bilməyən gözlərini aç,
arxamca diqqətlə bax!
Görəcəksən ki,
nə qədər kədərli olsa da,
Günəşin batışı doğuşundan da gözəl olur…