Nuranə Nur. Saat

-
Saat

Ruhuma bir can borcluyam
Hər gün gecəyə bulaşanda ikiyə bölünürəm
Ruhuma forma verən canımı itirirəm.
Hər sabah gözümün ucuyla toxunub aynaya
Yenidən vuruluram özümə.
Dünya yuvarlaqmı,düzmü vecimə deyil.
Saatın əqrəbləri arasındakı mənasız qaça-qaça baxıb
Gülümsəyirəm.
Həyatın tamamına ölüm qalır.