Rüqəyyə Kəbiri. Sən irmini doldumuşdun...

-

Sən irmini doldumuşdun; mən on səggizimdəydim
Bir il yalniz gözlərimiz danışmışdı...
Oxul dağılmışdı; yaşıla çalırdı xıyavanlar
Son baharın solmayan yarpaqlarıydı qızlar
Heyva qoxusu küçəni ətirləmişdi
Sən küçənin ıztırabıydın.
Mən gəlirdim; çantam yoxudu; kitablarımı qucaqlamışdım
Bir kitab uzatdı əllərin əlimə; gözlərim utandı gözlərinə
Gu...gu...guj...poşt........
Notrdam evimizin sandızanasında tikilmişdi o gecə
Mən zirvəsində oturmuşdum.
Yalnız bir qırmızı 10 vat lampa ışığında
Qucaqlamışdım notrdamın donquzlu kişisin.
Səninlə opuşməyi; səninlə sevişməyi hrç duşunmurdum
Ağlım küçəmizin qaldırımlarında qalmışdı
Sən gedəndə ıslanmışdı yağışlardan.

Qirx səggimdə dönmüşəm; "əbədi şənligi" axtarım.
Həyəcanlıdı küçəmiz!
Donquzlu kişi qaldırımları qucaqlayıb
Heyva ağacının qurumuş yarpaqları
yellərə oynayır kişinin donquzunda.
Notrdamin zirvəsi baş qaldırıb sandıxananın uçurumundan
10 vat qırmızı lampa əlimdə qalıb...