Tofiq Abdin. Bu qorxu o tindəymiş...

-

bu qorxu o tindəymiş
həmən qarşıma çıxdı
çıxıb bir yad gözündən
həmən içimə axdı

mən necə görməmişəm
mən necə kor olmuşam
bu yaşda bu qorxunu
içimə doldurmuşam

ha çabala,ha vuruş
ata bilmərəm onu
heç belə gözləmirdim
mən ömrümün sonunu

yazıq ömrümə yazıq
məni güdürmüş bu şər
atalar düz deyirmiş
qorxan gözə çöp düşər

2009