Ədalət Əsgəroğlu. Fələk sən yazan yazılar...

-

Fələk sən yazan yazılar,
Bilməm necə yazı olur?
Sənə asi düşən kəslər
Sultan olur, qazı olur?

Qaçmam qəzavü-qədərdən,
Görk eyləmə cani-dildən,
Mənim kimi fəqir bəndən,
Hər zülmünə razı olur.

Sənnən gəlib dərdi-sərim,
Küskün düşüb könül pərim,
Dürlü-dürlü qəm dəftərim,
Haqq sözünə ruzi olur.

Zalımın çoxdu qovğası
Boynumda qanlı sovxası...
Əsgəroğlum, sirr boxçasın
Saxla, bir gün lazım olur...