ABŞ WikiLeaks təsisçisini ittiham edir

WikiLeaks təsisçisi Julian Assange Londonda yerləşən Ekvador səfirliyinin eyvanından tərəfdarları qarşısında çıxış edərkən

-
ABŞ administrasiyası Julian Assangeni diqqəti ona qarşı yürüdülən seksual sui-istifadə ittihamdan yayındırmaqda günahlandırıb.

Dövlət Departamenti bildirib ki, onun seksual-cinayət hadisəsi ilə WikiLeaksin ABŞ-ın gizli diplomatik sənədlərini çap etməsi arasında və Amerika ilə heç bir əlaqəsi yoxdur.

Departamentin sözçüsü Victoria Nuland Ekvadoru da WikiLeaks təsisçisinə sığınacaq verməkdə məzəmmət edib.

Assange avqustun 19-da Ekvador səfirliyinin eyvanında çıxış edərək Barak Obamanı WikiLeaksi və digər KİV- təqib etməkdən əl çəkməyə, o cümlədən, siyasi məhbusları həbsxanalardan buraxmağa çağırıb.