Bin Ladeni necə məhv etdik? Yeni kitab gəlir

Bin Ladenin qaldığı evə hücum edərkən vertolyotlardan biri qəzaya uğrayıb partlamışdı, Abbotabad, Pakistan

-

Əl-Qaidə terror təşkilatının lideri Osama Bin Laden necə öldürülüb? Bin Ladenin məhvi əməliyyatında iştirak etmiş ABŞ ordusunun "Navy SEALs" xüsusi təyinatlı bölməsinin üzvü bu barədə kitab yazıb.

“New York Times” yazır ki, kitab gələn ay çap olunacaq. "Penguin" nəşriyyatı ilə razılaşmaya əsasən, çapa hazırlanma prosesi gizli aparılan, bu il sentyabrın 11-də - Bin Ladenin sifarişi ilə 2001-ci ildə Amerikada törədilmiş dəhşətli terror aktlarının ildönümü günü satışa çıxarılacaq kitabın əsl sensasiya yaradacağı gözlənilir.

Kitab "Çətin gün: Osama Bin Ladenin məhvi missiyasında gördüklərim" adlanır. Müəllif özünə Mark Owen təxəllüsünü götürüb. O bildirib ki, təhlükəsizlik məqsədilə özünün və başqa xüsusi təyinatlıların adını dəyişib.

Qəzet yazır ki, kitab müəllifi 2011-ci il mayın 2-də Pakistanda, Abbottabadda Bin Ladenin öldürülülməsi ilə bağlı əməliyyata rəhbərlik edib:

"Kitab müəllifi hücumun detallı təsvirini verir – onun həyatına az qala son qoyacaq vertolyot qəzasından tutmuş radio siqnal vasitəsilə Bin Ladenin ölüm xəbərinin təsdiqlənməsinə kimi”.

Mark Owen əsərində həmçinin Alyaskada keçən uşaqlığını, "Navy SEALs" üzvü olmaq üçün üzücü hazırlığını və Bin Ladenin öldürülməsindən əvvəlki missiyalarını xatırlayır. O,

Bin Laden Abbotabaddakı evində televizorda özünə baxır... Şəkil hücumdan sonra Pentaqon tərəfindən yayılıb.

11 sentyabr hadisələrindən sonra 13 döyüş əməliyyatı keçirdiyindən və ötən il istefaya çıxdığından da danışır.

Kitabın həmmüəllifi Kevin Maurer 4 kitab müəllifidir və Əfqanıstandakı xüsusi qüvvələrdə xidmət edib.

Pentagon-un mətbuat katibi George Little bildirib ki, onun belə bir kitabın nəşrə hazırlanmasından xəbəri yoxdur.

Qəzet yazır ki, yeni kitabın bestseller olacağı, 300 min tirajla çıxacağı gözlənir.