Bəsti Əlibəyli. Qurban bayramı

-

Qurban bayramı

Qaşqası xınalı
qoyunlar, inəklər
bıçağa çəkilir
Allah yolunda.
Təcəlla dağı
günahdan qurtulur;
durulur
qurbanlıq baxışlar.

Qaşqası xınalı
ürəklə
durmuşam qarşında;
istəsən,
bıçağa çək,
istəsən,
bağışla.