-
İSTƏK
Gözümü yuxu qanadıb,
Gecəni gözümə sarı.
Hamıdan üz döndərmişəm,
Gedirəm özümə sarı.
Səni yaxşı aramağı,
Üzü payıza saxladım.
Uzun mətləbləri atdım,
Qısadan-qısa saxladım.
Bu axırıncı vədimdi,
And içdim daha, and içdim.
Bütün adlara “quş” qoydum,
Bircə Allaha and içdim.
Yox, üzü dönük deyiləm,
Sevincin üzü yanadı.
Sənə heç nə alammadım,
Cibimin bağrı qanadı.
Sevdim, sevgimi həsrətə,
Yuva qurmaqdan başladım.
Mən sənə yaxın gəlməyə
Uzaq durmaqdan başladım.
Bir də busəni xəlvəti
Gecə saçına dola ver.
Mən bəlkə bir də bitmədim,
Bu yazı mənsiz yola ver.
Hər kəsin gücü çatmayan
Bu sevgi daha yaxşıdı.
Qovuşmaq həsrət gətirir,
Ayrılıq daha yaxşıdı.
"Azərbaycan"
İSTƏK
Gözümü yuxu qanadıb,
Gecəni gözümə sarı.
Hamıdan üz döndərmişəm,
Gedirəm özümə sarı.
Səni yaxşı aramağı,
Üzü payıza saxladım.
Uzun mətləbləri atdım,
Qısadan-qısa saxladım.
Bu axırıncı vədimdi,
And içdim daha, and içdim.
Bütün adlara “quş” qoydum,
Bircə Allaha and içdim.
Yox, üzü dönük deyiləm,
Sevincin üzü yanadı.
Sənə heç nə alammadım,
Cibimin bağrı qanadı.
Sevdim, sevgimi həsrətə,
Yuva qurmaqdan başladım.
Mən sənə yaxın gəlməyə
Uzaq durmaqdan başladım.
Bir də busəni xəlvəti
Gecə saçına dola ver.
Mən bəlkə bir də bitmədim,
Bu yazı mənsiz yola ver.
Hər kəsin gücü çatmayan
Bu sevgi daha yaxşıdı.
Qovuşmaq həsrət gətirir,
Ayrılıq daha yaxşıdı.
"Azərbaycan"