Ayaz Arabaçı. Sən, ya mə­nim yu­xum­da­san...

-

Sən, ya mə­nim yu­xum­da­san,
Ya xə­yal­lar şə­hə­rin­də.
İn­di hər şey ca­vab­sız­dı,
Bu su­al­lar şə­hə­rin­də.

Nə qə­fə­sik, nə də qu­şuq,
Am­ma biz də do­ğul­mu­şuq.
Elə bil ki do­ğul­mu­şuq
Qey­lü-qal­lar şə­hə­rin­də.

Ta­nış də­niz, ta­nış ma­yak,
Azaq ge­dək, ba­rış­ma­yaq.
Gəl bir müd­dət da­nış­ma­yaq,
Gə­zək lal­lar şə­hə­rin­də.

Şax­ta, so­yuq, ayaz-adım,
Gəl­dim sə­nə ad­dım-ad­dım.
Acı ye­dim, acı dad­dım,
Həm bu bal­lar şə­hə­rin­də.

Bir ye­rim var, bir gö­yüm var,
Acı-şi­rin ta­le­yim var.
Nə­yim yox­du, hər şe­yim var
Eh­ti­mal­lar şə­hə­rin­də.

"Azərbaycan"