-
Bahar məndən ürəyimi istəyir,
Bulaq kimi çağlamağa verimmi?
Ya sənintək bir insafsız gözələ
Yüz yerindən dağlamağa verimmi?
Şəfəqləri çox ürəyə saçılıb,
Hansı eşqin əzabından qaçılıb.
Yanınızda qul bazarı açılıb,
Qollarımı bağlamağa verimmi?
Sənsiz həyat zəhər kimi, nə dad-tam,
Əridikcə əriyəcək canım-şam.
Çox dolubsan, çox dolubsan bu axşam,
Gözlərimi ağlamağa verimmi?
Bir söz var ki, yarı demə, yarı de,
İndən belə öz dilinə arı de.
Götürmüsən ürəyimi, barı de,
Əllərimi saxlamağa verimmi?
"Azərbaycan"
Bahar məndən ürəyimi istəyir,
Bulaq kimi çağlamağa verimmi?
Ya sənintək bir insafsız gözələ
Yüz yerindən dağlamağa verimmi?
Şəfəqləri çox ürəyə saçılıb,
Hansı eşqin əzabından qaçılıb.
Yanınızda qul bazarı açılıb,
Qollarımı bağlamağa verimmi?
Sənsiz həyat zəhər kimi, nə dad-tam,
Əridikcə əriyəcək canım-şam.
Çox dolubsan, çox dolubsan bu axşam,
Gözlərimi ağlamağa verimmi?
Bir söz var ki, yarı demə, yarı de,
İndən belə öz dilinə arı de.
Götürmüsən ürəyimi, barı de,
Əllərimi saxlamağa verimmi?
"Azərbaycan"