Milli Kitab Mükafatı başlanır

-

Avqustun 28-də Milli Kitab Mükafatına yenidən start verilir.

Üçüncü dəfə təşkil edilən ədəbiyyat müsabiqəsi ilə bağlı mətbuat konfransı avqustun 28-də saat 12 00-da Bakıda Beynəlxalq Media Mərkəzində düzənlənəcək.

Mətbuat konfransında müsabiqənin nizamnaməsinə edilmiş yeniliklər barədə məlumat veriləcək.

"Əli və Nino" nəşriyyatının keçirdiyi müsabiqənin baş sponsoru "Baksell" şirkətidir.

Rəsmi sponsor isə "Bank Respublika"dır.

Müsabiqənin ilk ilində qalib Elxan Qaraqan ("A" romanı), ikinci ilində isə Pərviz Cəbrayıl ("Yad dildə" romanı) olub.

Nəşriyyatın rəhbəri və müsabiqənin təşkilatçısı Nigar Köçərli bir müddət əvvəl Azadlıq Radiosunun "Pen klub" proqramına bu il müsabiqədə gözlənən yeniliklər barədə danışmışdı. (Oxu)