-
Xaricdə bakalavr təhsili almaq istəyənlər deyəsən bir az gözləməli olacaqlar. Çünki hökumət növbəti tədris ilindən daha çox universitetdən sonrakı təhsili maliyyələşdirməyə üstünlük verəcək.
5 MİN AVROLUQ TƏHSİL HAQQI...
Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində 2013-2014-cu tədris illəri üçün müsabiqənin nəticələri tədricən elan olunur.
Barselona Universitetinin Genetika fakültəsinə daxil olan Nərmin Abbasova da müsabiqəyə sənədlərini verib. O, 5 min avroya yaxın illik təhsil haqqı, yaşamaq və gündəlik xərclərinin ödənilməsi üçün təqaüd proqramına qatılıb. Hələlik ona cavab gəlməyib.
KİMİN Kİ, İXTİSASI PRİORİTETDİR...
Turanə Rəsulova isə Almaniyanın Maynz Universitetində doktoranturada oxumağa hazırlaşır. Deyir ki, burada qaraciyərin transplantasiyası üzrə təhsil alacaq. Turanə deyir ki, müsabiqə gözlədiyindən də şəffaf keçirilib:
«Təhsil Nazirliyinin kollegial zalında 60 tələbəni qəbul etdilər. Onların nəticələrini hamının gözü qarşısında elan etdilər. Kimlərin ki, nəticələri yüksək idi, ixtisasları prioritetdir, qəbul olunduqları universitet nüfuzludur - onlar da qəbul olunurdular. Düzü, mən seçimlərin belə şəffaf keçiriləcəyini gözləmirdim».
Turanə Rəsulova Almaniyada doktorantura pilləsi üzrə təhsil alacaq. Deyir ki, Almaniyada təhsil pulsuz olduğu üçün illik təhsil haqqı ödəməyəcək. Laboratoriya və əməliyyatlar üçün lazım olacaq xərclər isə Almaniya hökuməti tərəfindən qarşılanır. Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində isə ona Almaniyada yaşamaq, gündəlik xərcləri və ildə bir dəfə uçuş üçün təqaüd ayrılacaq.
Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva bildirdi ki, ilkin mərhələdən keçən namizədlərin siyahısı Prezident Administrasiyası yanında
Təhsil Komissiyasına göndərilib. Ərizələr çox olduğuna görə nəticələr mərhələ ilə elan olunur. Xaricdə Təhsil Dövlət Proqramı üçün müsabiqə mayın 1-də elan edilib. Dediyinə görə, müsabiqəyə 1000-dən artıq ərizə daxil olub. Ötən ilsə bu rəqəm 696 nəfər idi.
1 NƏFƏR ƏVƏZİNƏ 5-6 NƏFƏR
Builki ərizələrdə tibb, sonra iqtisadiyyat, informasiya texnologiyaları, mühəndislik və fundamental elmlər üstünlük təşkil edir. Tamilla Əliyeva deyir ki, seçimlər aparılarkən bir neçə kriteriyalar nəzərə alınır:
«Bu il üstünlük universitetdən sonrakı təhsilə verilir. Çünki bir tələbəni bakalavr səviyyəsinə 5-6 ilə yetişdiririk. Amma bu illərdə 1 nəfər əvəzinə 5-6 nəfər maliyyələşdirə bilərik. Yəni, nəticədə bu proqramdan daha çox gənc bəhrələnmiş olur. Bu il daha bir üstünlük fundamental, neft sənayesi, kimya mühəndisliyinə veriləcək. Bu prioritet sahələr Prezident Yanında Təhsil Komissiyası tərəfindən müəyyənləşdirir. Ölkədə ən çox mütəxəssisə ehtiyac duyulan sahələrdə prioritetlər elan olunur».
QAZAXISTAN TƏCRÜBƏSİ
Xaricdə Təhsil Dövlət Proqramı üzrə tədqiqat aparan iqtisadçı Qalib Bayramov deyir ki, xaricdə təhsil üçün seçimin hansı kriteriyalarla aparıldığı, kimə, necə üstünlük verildiyi adətən açıqlanmır. Çox vaxt heç nəticələri təsdiq olunmayanlara məlumat verilmir. Onlar özləri, öz tanışları vasitəsilə xahişlə, minnətlə təsdiq olunub-olunmadıqlarını öyrənirlər. Bakalavrlara üstünlük verilməməsi məsələsinə gəlincə:
«Xaricdə təhsil üzrə Qazaxıstan ən yaxşı təcrübəyə malikdir. İlk dəfə bu addım məhz Qazaxıstanda atılıb. Orada ən yaxşı xarici müəllimləri dəvət edərək Nazarbayev adına bir universitet yaradıblar. Yüksək bal toplayan, yüksək nəticələri olan tələbələr həmin universitetdə yüksək səviyyədə bakalavr kimi yetişdirilir».
Azərbaycanda Xaricdə Təhsil Dövlət Proqramı 2007-ci ildən icra olunur. 2015-ci ilə kimi davam edəcək proqramın 5000 nəfərə şamil olunması nəzərdə tutulur. Bu proqramdan ötən 5 il ərzində hələlik 1204 nəfər bəhrələnib. Onlardan 514 nəfəri bakalavr, 457 nəfər magistr, 93 nəfər aspirantura, 143 nəfər rezidentura pilləsi üzrə təhsil alırlar. Proqramın icrasına 20 milyondan çox vəsait xərclənib.