Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 30-da Tehranda İranın neft naziri Rüstəm Qasəmi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Elmar Məmmədyarov hazırda İranda həbsdə saxlanan azərbaycanlı şairlər barədə də məsələ qaldırıb.
Nazir bunun iki ölkə arasında münasibətlərə mənfi təsir göstərdiyini bildirib.
Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş gənc şairlər Fərid
Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunublar.
Bu günlərdə onlara hökm oxunacağı gözlənilir.