-
İranda həbs olunmuş Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə sentyabrın 4-də azad olunublar.
Şəhriyar Hacızadənin atası Hacı Mail AzadlıqRadiosuna faktı təsdiqləyib:
«Şəhriyar özü mənə zəng vurdu. İran tərəfi uşaqları bizim konsulluğa təhvil verib. Ya sabah, ya da 4-cü gün Bakıya gələcəklər».
Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunmuşdular. Şairlərin konkret hansı maddələrlə ittiham olunmaları barədə məlumat verilmirdi.
Nəhayət avqust ayında onların məhkəməsi olmuş və hökmün oxunması sentyabrın 7-ə saxlanmışdı.