ABŞ-ın birinci xanımından ərinə dəstək

Michelle Obama, 4 sentyabr

-
ABŞ-ın birinci xanımı Michelle Obama ərinin Ağ Evdə növbəti hakimiyyət müddətini dəstəklədiyini bildirib. O, ötən gün Demokratlar Partiyasının Şimali Karolina ştatında keçirilən qurultayında çıxış edib.

Michelle Obama prezident Barack Obamanı ölkənin zəif iqtisadiyyatını canlandıra bilən «etibarlı adam» kimi yüksək qiymətləndirib.

Obamanın rəqibi Respublikaçılar Partiyasının prezidentliyə namizədi, Massachusetts ştatının keçmiş qubernatoru Mitt Romneydir.

Son rəy sorğularına görə, Obama Romney üzərində az səs üstünlüyünə malikdir.

Demokratlar Partiyasının 3 günlük qurultayı ərzində Obamanın namizədliyi irəli sürüləcək. Joe Biden isə yenidən vitse-prezidentliyə namizəddir.

Hər ikisinin sentyabrın 6-da qurultayda çıxışı gözlənilir.

ABŞ-da prezident seçkiləri bu ilin noyabr ayındadır.