Macarıstanda Ermənistandan üzr istəyənlərin aksiyası keçirilib
Sizin brauzer HTML5-i dəstəkləmir
Sentyabrın 5-də Macarıstan parlamentinin qarşısına toplaşan bir qrup adam Ramil Səfərovun Azərbaycana verilməsinə etiraz ediblər. Onlar hökumətlərinin bu qərarına görə üzr istədiklərini deyiblər. 2004-cü ildə Budapeştdə erməni zabiti öldürmək ittihamı ilə ömürlük azadlıqdan məhrum edilmiş azərbaycanlı zabit Ramil Səfərov ötən həftə Bakıya verilib. Azərbaycana gələn kimi də əfv edilib.