Əfvin siyasəti… [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Politoloqlar Eldar Namazov və Vəfa Quluzadə Ramil Səfərovun əfvinin daxili və xarici aspektləri haqda fikirlərini bölüşürlər.
-
Eldar Namazov:

- Mən Ramil Səfərovun Azərbaycana ekstradisiyası məsələsini müsbət qiymətləndirirəm.

- Ramil Səfərova verilən cəza olduqca ağır cəza idi.

- Ramil Səfərovun ekstradisiyasından sonra əfsuslar olsun ki, Azərbaycan hakimiyyəti tələsik addımlar atdı. Bu hüquqi addım olmadı, bu, siyasi addım oldu. Hələ üstəlik Ramil Səfərovu qəhrəmana çevirdi.

- Bəzən vətənpərvərlik adı altında süni şou yaradılır.

Vəfa Quluzadə:

- Ramil Səfərov barəsində Macarıstanda verilmiş qərar ədalətsiz qərar idi.

- Azərbaycan prezidentinin tam səlahiyyəti var ki, Azərbaycan təcridxanasında olan hər bir insana əfv versin.

- Ermənistan Azərbaycanın əleyhinə şou düzəldir ki, bütün cinayətlərini ört-basdır etsin. Başqa ölkələrsə bu məsələdə öz maraqlarından çıxış edir.

- Mən Ramil Səfərovu qəhrəman etməzdim.

- Azərbaycan hökuməti vaxtında, Ramil Səfərov həbs olunarkən səsini qaldırmalı idi.

Verilişi tam olaraq buradan dinlə: