-
Yazıçı və içki: onlar doğrudanmı bəzilərinin düşündüyü kimi ayrılmaz "dostlardır"? Bu fikri bölüşməyən məşhur yazıçılardan:
GABRIEL GARCIA MARQUEZ:
“Heminqueyə məxsus olan və mənim çox xoşuma gələn bir fikir var: deyir yazı yazmaq onun üçün boksla məşğul olmaq kimidir. O öz sağlamlığının qeydinə qalırdı.
Folknerin isə əkisnə içki düşkünü imici vardı, amma o, bütün müsahibələrində vurğulayırdı ki, içkili olanda bircə cümlə də yazmaq mümkün deyil. Bunu Heminquey də deyib.
Pis oxucular məndən soruşurlar ki, hansısa əsərimi yazanda narkotik maddə təsiri altında olmuşammı? Bu onu göstərir ki, onların nə ədəbiyyatdan xəbərləri var, nə də narkotiklərdən.
Yaxşı yazıçı olmaq üçün sənin gərək yazı prosesi boyu başın ayıq, bədənin sağlam olsun.
Mən yazı prosesinin romantik konsepsiyasının qəti əleyhdarıyam. O konsepsiya ki yazı prosesini yazıçının özünü həlak etməsi kimi təqdim edir.
Guya ki yazıçının iqtisadi, yaxud emosional vəziyyəti nə qədər pisdirsə, yazdıqları bir o
qədər yaxşı olur. Düşünürəm ki, yazıçı fiziki cəhətdən sağlam olmalıdır, əhval-ruhiyyəsi də yüksək səviyyədə”.
MALCOLM CROWLEY:
"Hart və bir çox başqa yazıçıların alkoqolokliyinin bir səbəbi də o idi ki, onlar içməyi yaradıcılıq prosesinin tərkib hissəsi kimi görürdülər cavanlıqda. Düşünürdülər ki, bu, yazıçının gözünü açır.
Bu, kreativ mexanizmin çox dəhşətli bir növüdür. Çünki ona aludə olan dörd nəfərdən üçü əyyaşa çevrilir.
Amma həqiqətən də bu, ilk dövrlərdə yazar üçün dünyaya yeni bir pəncərə açır.
Hart Crane hətta ilk qaralamasını içkili olanda edərdi; həmin yazını oxuyar və özünə sual edərdi: "Bu, dünyanın ən gözəl şeiridi, elə deyilmi?" Elə deyildi. Amma sonra - ayıq vaxtlarında bir neçə həftə yazının üstündə səbrlə işləyər və ortaya nəsə qoyardı. Əlbəttə, bu, dünyanın ən gözəl şeiri olmasa da, çox gözəl bir əsər alınardı".
Hart Crane 1932-ci ildə - 33 yaşında intihar edib: özünü dənizə atıb...
RICK MOODY:
"O zaman mən belə bir illüziya ilə yaşayırdım ki, alkoqol gözümü açacaq və mən insan
psixologiyasını daha dərindən anlayacam.
Amma bunun tam əksi baş verdi.
Alkoqol yazı prosesi qarşısında əsl maneəyə çevrildi.
O mənim hisslərimi korşaltdı, eqoist. özünə qapanmış adama çevrildim, məndə bir narahatlıq hissi yarandı, ünsiyyətdən qaçmağa başladım, başqalarının davranışlarının motivini anlamaq qabiliyyətini itirdim.
Düşünürəm ki, bu, başqa yazıçıların da başına gəlib:
Exley, Fitzgerald, Faulkner, Yates, Hemingway, Burroughs, Kerouac-ın. Bu siyahını çox uzatmaq olar. Diqqət etsəniz görərsiz ki, alkoqol əvvəlcə bu yazıçıların yaradıcılığındakı dəyərli özəlliklərə təhlükə yaratmağa başlayır və nəhayət onların əsərləri yalnız əyyaşlığın nəticəsini əks etdirir".