Müsavat Partiyasının üzvü Nigar Yaqublu həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Sentyabrın 11-də Abşeron Rayon Məhkəməsi Nigar Yaqublu barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilir.
Nigar Yaqublunun həbsi Müsavat Məclisinin üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Rəsmi məlumata görə, avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «Kamaz-5320» markalı yük avtomobili ilə Bakı şəhər sakini Aydın Acalova məxsus «Peugeot-206» markalı minik avtomobili toqquşub. Nəticədə A. Acalov hadisə yerində ölüb, həmin avtomobildə olan Nigar Yaqublu isə müxtəlif bədən xəsarətləri alıb.
Avqustun 27-də isə Baş Dövlət Yol Polis İdarəsinin müstəntiqi Rafiq Həsənov «Media forum» saytına demişdi ki, hadisə Aydın Acalovun idarə etdiyi «Peugeot-206» markalı avtomaşının yolun əks zolağına çıxması nəticəsində baş verib.
Bu gün Daxili İşlər Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumatda isə bildirilir ki, Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edirmiş və qəza onun təqsiri üzündən baş verib. Nigar Yaqublunun sürücülük hüququnun olmadığı bildirilir.
Müsavat başqanının müavini, Nigar Yaqublunun atası Tofiq Yaqublu AzadlıqRadiosuna bildirib ki, bu, siyasi sifarişdir:
«Bu, bizim ailədən qisas almaq məsələsidir. Siz ümumiyyətlə, yol-nəqliyyat hadisəsinə görə kiminsə məhkəməyə qədər barəsində həbs-qətimkan tədbiri seçildiyini görmüsüzmü? Gündə onlarla qəza, onlarla ölən, xəsarət alanlar olur, belə hadisə baş vermir. Burda doğru olan bircə fakt ondan ibarətdir ki, qəza vaxtı Nigar Yaqublu da həmin maşında olub. Qalan deyilənlər hamısı böhtandır, onun heç bir günahı yoxdur, sadəcə hakimiyyətin yuxarı eşelonlarında bu hadisədən xəbər tutub tapşırıq veriblər».
Sentyabrın 10-da Nigar Yaqublu şübhəli şəxs qismində saxlanılıb, ona ittiham elan olunaraq Abşeron rayon məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.